Bakını lərzəyə salan bu avtomobilin «avtoş» sürücüsü kimdir? – ŞOK VİDEOLAR

Bakını lərzəyə salan bu avtomobilin «avtoş» sürücüsü kimdir? – ŞOK VİDEOLAR
 
 
Toy karvanlarında avto-şou, asfalt «yazmaq» və «Fi-fa» siqnal…

Ötən il «Bakıda yeni "avtoş" peyda olub» başlıqlı xəbər paylaşanda çoxları irad tutmağa çalışdı ki, həmin görüntülər qapalı ərazidə çəkilib. Yəni, guya "BMW" markalı, 10 GJ 011 dövlət nömrə nişanlı avtomobilin sürücüsü avtomobil duracağından başqa heç yanda təhlükəli şou göstərmir. Amma Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, "avtoş" sürücü Bakıda yol hərəkəti qaydalarını pozmaqla tanınan biridir. Sosial şəbəkələrdə kiçik bir araşdırma zamanı maraqlı videolar ortaya çıxdı. Həmin görüntülərin dəqiq tarixi məlum olmasa da, görünən budur ki, 10 GJ 011-in sürücüsü qapalı ərazidə öyrəndiklərini ümumi yollarda da tətbiq edir. Xüsusən də, onun toy karvanlarında təhlükəli manevrlər etməsi, asfaltı «yazması», qadağan olunmuş səs siqnallarından istifadə etməsi, eyni nömrəni başqa avtomobilə bağlaması hər şeyin o qədər də "qapalı dairədə" olduğunu göstərmir. Maraqlıdır ki, yol polisi bu sürücü ilə bağlı konkret tədbir görə bilmir. Ötən il yayılan materialdan sonra ortaya çıxan mənzərə bunu deməyə əsas verir…
Təqdim olunan videolar bu sürücü haqqında fikir formalaşdıra bilir.

 
 
 
 


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...