Bakıda baş verən dəhşətli qəzaların ANBAAN VİDEOSU

Bakıda baş verən dəhşətli qəzaların ANBAAN VİDEOSU

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib.
 

NİİM-dən Sfera.az-a verilən məlumata görə, müraciətdə deyilir:

 

"Kameraların qeydə aldığı bu qəzalardan biri Nəsimi rayonu, Azadlıq və Vaqif prospektlərinin, digəri isə Nərimanov rayonu, Təbriz və Əbdüləzəl Dəmirçizadə küçələrinin kəsişmələrində baş verib. Hər iki qəza zamanı svetoforlara zərər dəyib, yolun kənarında dayanan piyada isə xəsarət alıb.

 

Bu cür qəzalar bəzi sürücülərin yüksək sürətlə avtomobili idarə etməsi, svetoforun qadağanedici işarəsinə məhəl qoymaması, nizamlanan və nizamlanmayan yol ayrıcı, manevr etmə və digər qaydalara əməl etməməsi səbəbindən baş verir. Qəzalar zamanı yol infrastrukturuna ziyan dəyir, svetoforlar yararsız vəziyyətə düşür.


 

Sürücülərin diqqətinə çatdırırıq ki, belə qəzalar daha çox mərkəzi küçə və prospektlərdə, piyadaların intensiv olduğu yollarda qeydə alınır.
 

Buna görə də onlar özlərinin və digərlərinin həyatını təhlükəyə atmamaq üçün qaydalara əməl etməli və yolayrıcılarına daxil olarkən diqqətli olmalıdırlar".




 


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...