İsrail-İran münaqişəsinin Azərbaycana təsiri: Nələr dəyişəcək – AÇIQLAMA

İsrail-İran münaqişəsinin Azərbaycana təsiri: Nələr dəyişəcək – AÇIQLAMA

“İsrailin İrana qarşı həyata keçirdiyi son hücumlar regionda vəziyyəti ciddi şəkildə dəyişə bilər. Münaqişənin mümkün təsirləri təhlükəsizlik mühitindən tutmuş nəqliyyat dəhlizlərinə, idxal-ixrac balansına, neft qiymətlərinə və miqrasiya axınlarına qədər geniş spektri əhatə edir”. 


Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

 

Onun sözlərinə görə, Şimal-Cənub Nəqliyyat Dəhlizi baxımından hazırda ciddi iqtisadi risk gözlənilmir.

 

“İran tərəfində infrastruktur hələ də tam tamamlanmayıb və bu marşrut indiyə qədər də tam gücü ilə işləmirdi. Bir müddət əvvəl İranın əsas limanı partlayış nəticəsində sıradan çıxmışdı”, – deyə o vurğulayıb. 


2024-cü ildə Azərbaycan–İran ticarət dövriyyəsi 647 milyon dollar təşkil edib. Bunun 633 milyon dolları İranın ixracının payına düşür. İqtisadçı qeyd edir ki, İran əsasən Azərbaycana meyvə-tərəvəz, quru çərəzlər, bəzi dərman vasitələri, plastik məmulatlar, tikinti materialları və məişət texnikası ixrac edir. 

 


E.Əmirov hesab edir ki, bu sahələr üzrə qısamüddətli gecikmələr və qiymət artımı mümkündür, lakin bu proseslər ümumi iqtisadi sabitliyi pozacaq səviyyədə deyil:

 

"Amma münaqişənin uzanması halında İrandan Azərbaycana doğru humanitar və iqtisadi axının artması, xüsusilə biznesi çökən sahibkarların və mülki əhalinin ölkəyə üz tutması mümkündür. Bu isə bir tərəfdən istehlak artımı və sosial xidmətlərə təzyiq yarada, digər tərəfdən isə yeni əmək resursları və iqtisadi inteqrasiya imkanları formalaşdıra bilər". 


E.Əmirov əlavə edib ki, bu cür hallarda, xüsusilə İran vətəndaşlarının Azərbaycanda uzunmüddətli yaşamağa meyil göstərməsi fonunda əmlak bazarında tələb arta bilər və nəticə etibarilə daşınmaz əmlak qiymətlərində yüksəliş müşahidə oluna bilər:

 

"Eyni zamanda münaqişənin uzun sürməsi region ölkələrinin ticarət planlarını və dünya bazarında neft qiymətlərinin dəyişməsini də şərtləndirə bilər. Ona görə də bu prosesin Azərbaycana təsiri ilk növbədə münaqişənin davametmə müddəti və miqyasından asılı olacaq”.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Qarabağ"ın matçına nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Şelburn" (İrlandiya) oyunu üçün indiyədək 11 min bilet sa...

Yaponiyada qadınların orduya yolu tam açıldı

Yaponiya Müdafiə Nazirliyi qadınların ölkənin silahlı qüvvələrinə qəbulu ilə bağlı son məhdudiyyətləri aradan qaldırıb.   Sfera.az xəbər verir ki, av...

"Crocus City Hall" terrorçuları ilə bağlı daha bir fakt üzə çıxdı

Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert kompleksində terror aktını törədən şəxslərin Rusiyadan qaçmaq üçün təşkilatçılardan pul aldıqla...

Rusiyanın 12 regionuna kütləvi PUA hücumu edildi

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 99 ədəd PUA vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirl...

Uşaqların bu yaşda dənizdə çimməsi təhlükəlidir - Həkimdən xəbərdarlıq

Açıq su hövzəsində çimmək uşaqlarda müxtəlif infeksiyalara yoluxma və hipotermiya ilə nəticələnə bilər.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya D...

Avqustda bu bürcləri şad xəbərlər gözləyir

2025-ci ilin avqust ayı bəzi bürclər üçün xoş sürprizlər, yeni başlanğıclar və sevindirici xəbərlərlə dolu olacaq. Ulduzlar sevgi, karyera və maliyyə sahələrind...