FETÖ ilə əlaqəli iki məktəbin fəaliyyəti dayandırılıb

FETÖ ilə əlaqəli iki məktəbin fəaliyyəti dayandırılıb

Gürcüstan Elm və Təhsil Nazirliyi Batumidəki Şahin Dostluq liseyinin və ibtidai sinif məktəbinin fəaliyyətini dayandırıb. Kanal15.tv-nin Anadolu Agentliyinə istinadən məlumatına görə, liseyin  FETÖ ilə əlaqəli olduğu məlum olub. Nəticədə Gürcüstan elm və təhsil nazirliyi ibtidai məktəbin və liseyin lisenziyasını ləğv edib.Nazirlikdən bildirilib ki, lisenziya yoxlama zamanl aşkarlanan bir çox pozuntularla əlaqədar, xüsusən, Gürcüstandakı tədris standartlarına uyğunsuzluğa görə ləğv olunub.Məlumata görə, həmin təhsil ocaqlarında 340 nəfər şagird təhsil alıb. Nazirlikdən verilən məlumata görə, bağlanan məktəblərin şagirdləri Batumidəki digər təhsil ocaqlarında təhsillərinə davam edəcəklər.


OXŞAR XƏBƏRLƏR