İlham Əliyev Brüsseldə AŞPA-nın sabiq prezidenti Rene Van der Linden ilə görüşüb - YENİLƏNİB - FOTO

İlham Əliyev Brüsseldə AŞPA-nın sabiq prezidenti Rene Van der Linden ilə görüşüb - YENİLƏNİB - FOTO

20:37

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti Rene Van der Linden ilə görüşüb.

----------

18:28

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Belçika Krallığının Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsini ziyarət ediblər.

Vaterlo şəhərinin meri Floran Röter Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladı.

Dövlətimizin başçısı və xanımı abidənin önünə gül dəstələri qoydular.

Ötən il fevralın 18-də açılışı olan bu abidənin ucaldılması Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində mümkün olub. Şəhərin mərkəzi parkında ucaldılmış abidə Azərbaycanın Xalq Rəssamı Tahir Salahovun rəhbərliyi ilə heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanıb. Abidənin özülündə Xurşidbanu Natəvanın Qarabağ şahzadəsi olması barədə məlumat var.

---------

16:16

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Belçika Krallığına səfərə gəlib.

Brüsselin Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Avropa İttifaqının yüksək səviyyəli rəsmi şəxsləri qarşıladılar.


OXŞAR XƏBƏRLƏR