Bakıda gəmidə faciə: kapitanın meyidi tapıldı
Hadisə
17:30 / 05.02.2017
1648
Bakıda təmirə dayanmış gəminin kapitanının meyidi tapılıb. Sfera.az lent.az-a istinadən bildirir ki, hadisə Bibiheybət Gəmi Təmiri Zavodunun ərazisində, təmirə dayanmış gəmilərdən birində baş verib. Həmin gəminin kapitanı, 1969-cu il təvəllüdlü Elşən Həsənovun meyidi onun yataq otağında aşkarlanıb. İlkin müayinə zamanı onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.