Şəhid Çingiz Qurbanovun atası: "Qusarda dəfn olunacaq..."
Cəmiyyət
14:55 / 05.02.2017
1051
"Şəhid Çingiz Qurbanov Qusarda torpağa tapşırılacaq". Bu sözləri "Qafqazinfo"ya açıqlamasında atası Salman Qurbanov deyib.
O, hazırda Müdafiə Nazirliyinə getdiyini bildirib.
Qeyd edək ki, Ermənistan əsgərləri 2016-cı ilin dekabrın 29-da Azərbaycana qarşı hərbi əməliyyat həyata keçiriblər. Onlar Azərbaycan silahlı qüvvələrinin əsgəri Çingiz Qurbanovu öldürərək cəsədini Ermənistana aparıb və burada vandalizmə məruz qoyublar.
Xatırladaq ki, Çingiz 1994-cü ildə Qusarda anadan olmuşdu.