BAKIDA FACİƏ — yolun buzunu təmizləyən qadını vurub öldürdülər
Hadisə
18:33 / 05.02.2017
2023
Bakıda ağır yol qəzası baş verib.
Sfera.az Lent.az-a istinadən xəbər verir ki, Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində yolun kənarındakı qar qalıqlarını təmizləyən qadını avtomobil vurub. Naməlum sürücünün idarə etdiyi nəqliyyat vasitəsi 40-45 yaşlı qadını vuraraq 10-15 metr kənara atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Qəzanı törədən sürücü avtomobili ilə birgə qaçıb.
Faktla bağlı araşdırma aparılır.