Orta məktəbin döşəməsi çökdü: şagirdlər təxliyə edildi


Orta məktəbin döşəməsi çökdü: şagirdlər təxliyə edildi

Xaçmazda orta məktəbin döşəməsi çöküb.

 

Sfera.az Modern.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qobuqıraq kənd ümumi orta məktəbində siniflərdən birində baş verib.

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsi məlumatı təsdiq edib.

 

Qeyd edilib ki, hadisədən sonra təhlükəsizlik tədbirləri görülüb, təlim-tədrisin fasiləsizliyinin təmin edilməsi üçün şagirdlər başqa sinfə köçürülüblər.

 

"Təhsil müəssisəsinin mövcud vəziyyətinin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür", - rəsmi açıqlamada bildirilir.


OXŞAR XƏBƏRLƏR