İtaliya Azərbaycanda üçüncü olmaq istəmir

İtaliya Azərbaycanda üçüncü olmaq istəmir

İtaliya Azərbaycanla ticarətdə yeni sektorları əhatə etmək niyyətindədir.

Sfera.az Trend-ə eksklüziv müsahibəsində İtaliya Ticarət Palatasının Bakı ofisinin rəhbəri Luici D'Aprea deyib.

Onun sözlərinə görə, İtaliya və Azərbaycan arasında ticarətin inkişaf imkanları çox genişdir və bu təkcə neft-qaz sektorunda özünü göstərmir.

İki ölkə arasında mal dövriyyəsinin həcminə toxunaraq, İtaliya Ticarət Palatasının Bakı ofisinin rəhbəri qeyd edib ki, ikitərəfli ticarətin cüzi azalmasına baxmayaraq, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır.

"İtaliya və Azərbaycan arasında çox gözəl ikitərəfli və iqtisadi əlaqələr var. Son səkkiz il ərzində İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır, ixracatçı ölkələr arasında dördüncü və energetika sektorunda birinici istehlakçıdır", - D'Aprea deyib.

Onun sözlərinə görə, İtaliya məhsulları Azərbaycanda çox qiymətləndirilir və bu yalnız lüks seqmentə aid deyil.

Ötən ilin yekunları üzrə Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi, 2015-ci illə müqayisədə 33,5 faiz azalaraq, 1,89 milyard dollar təşkil edib. Səkkiz il ərzində Azərbaycanın əsas ticarət tərəfdaşları siyahısında birinci yeri tutan İtaliya, 2016-cı ilin yekunlarına görə, üçüncü yerə düşüb. Hesabat dövründə Azərbaycan 1,56 milyard dollarlıq İtaliyaya məhsul ixrac edib ki, bu da Azərbaycanın bütün ixracının 17,06 faizini təşkil edib. İtaliyadan idxal 2015-ci illə müqayisədə 43,5 faiz azalaraq, 332,19 milyon dollar təşkil edib.


OXŞAR XƏBƏRLƏR

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...

Türkiyədə sudan zəhərlənən 80 nəfər xəstəxanaya müraciət edib

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.   Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu barədə Tür...

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...