Baqajına görə təyyarəyə buraxılmadı: Tələb şoka saldı

Baqajına görə təyyarəyə buraxılmadı: Tələb şoka saldı

ABŞ hava limanlarından birində maraqlı hadisə baş verib. 

 

Amerikalılardan biri uçuşa icazə verilmədiyini bildirib. İmtina səbəbi onu şoka salıb. Belə ki, baqajın yüngül olması səbəbindən, kişiyə baqajl "ağırlaşdırmaq" lazım olduğunu bildiriblər.

 

Sfera.az bildirir ki, baqajının kifayət qədər çəkisi olmadığına görə kişiyə uçuşa icazə verilməyib.

 

Adam deyir ki, “Delta Air” reyslərinə bilet alıb. O, piştaxtada təhlükəsizlik yoxlamasından keçərkən hava limanının mühafizə xidməti onu saxlayıb və ondan baqajını çəkib götürməsini istəyib.

 

"Məlum oldu ki, mənim yoxlanılan baqajım, suvenirlər olan çanta, kifayət qədər ağır olmadığı üçün təyyarəyə götürülməyəcək. Ölçüsündə böyük, amma çəkisi yüngül olan suvenirlər də var. Bəs siz necə düşünürsünüz? Mənə deyirlər ki, baqajı ağırlaşdırmasam, məni təyyarəyə mindirməyəcəklər".

 

Buna görə də bunu necə edəcəyini düşünüb. Beləliklə, kişi hərəkətə keçməyə qərar verib - o, iki çamadanı açıb və daha çox çəki əlavə etmək üçün əl yükündən bir neçə "ağır şey" çıxarmağa başlayıb.

 

"Qulaq asın, əvvəllər məndə belə bir hadisə olmayıb. Sizcə bunun səbəbi nədir?" kişi sosial şəbəkə istifadəçilərinin də fikirlərini soruşub.

 

Amerikalı istifadəçilər hekayənin qəhrəmanının mesajına cavab veriblər. Çoxları etiraf edib ki, ilk dəfədir ki, yüngül baqaj səbəbilə təyyarəyə minməyə icazə verilmədiyini eşidirlər. İstifadəçilər hadisələrin bir neçə - şirkət qaydalarının dəyişməsindən tutmuş, kişinin diqqətsizliyinə qədər versiyalarını irəli sürüblər.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...