Gəncə Təhsil İdarəsinin müdiri saxta diplomlu müəllimə qalmaqalında - Fotofakt

Gəncə Təhsil İdarəsinin müdiri saxta diplomlu müəllimə qalmaqalında - Fotofakt
Gəncə Təhsil İdarəsinin müdiri saxta diplomlu müəllimə qalmaqalında
Redaksiyasına Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynovun himayəsinə arxayın olan saxta diplomlu müəllimə ilə bağlı informasiya daxil olub 

Həmin informasiyada iddia edilir ki, Gəncə şəhərindəki 28 saylı orta məktəbdə "Azərbaycan dili və ədəbiyyatı” fənni üzrə müəllimə kimi çalışan Bayramova Gülafət Baharəddin qızının diplomu saxtadır:

"Gülafət Bayramova 1989-cu ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Əlvan metalların metallurgiyası” ixtisasını bitirib. Daha sonra saxta yolla Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının Yenidənhazırlanma fakültəsinin diplomunu əldə edib. Bu yaxınlarda Gəncə Təhsil İdarəsinin on illik maliyyə fəaliyyəti yoxlanan zaman Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının Yenidənhazırlanma fakültəsini bitirmiş, habelə orada kurs keçmiş müəllimlərin diplomları mühasibatlıq tərəfindən tələb olundu. Bayramova Gülafət Baharəddin qızı ondan dəfələrlə tələb olunmasına baxmayaraq, diplomu məktəb direktoruna verməkdən imtina etdi. Yalandan bildirdi ki, guya diplomu yoxlanmaq üçün Təhsil Nazirliyinə göndərib. Amma bunun belə olmadığı, Gülafət Bayramovanın diplomunun saxta olduğu hər kəsə bəllidir”.

Savash.org-a daxil olan məlumatda Bayramova Gülafət Baharəddin qızının saxta diplomunun gizlədilməsində Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynovun vəzifəsindən sui-istifadə edərək, ona şərait yaratdığı bildirilir.

Daha sonra bildirilir ki, Bayramova Gülafət Baharəddin qızına Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının Yenidənhazırlanma fakültəsini bitirməsi haqqında YB N 003232 qeydiyyat N 4146 diplomu verilməmişdir: "Bu seriyalı diplom Təhsil Nazirliyində qeydiyyatdan keçməmişdir və saxtadır (Diplomların hər ikisinin surəti əlavə olunur). Bayramova Gülafət Baharəddin qızı qanunsuz olaraq əmək haqqı alıb və dövlətə külli miqdarda ziyan vurmuşdur. Çox maraqlıdır, cəmi 5-6 ayliq kursla, özü də saxta yolla metallurqçudan necə azərbaycan dili və ədəbiyyatı müəlliminə çevrilmək olar?”(xeberman.com)
Gəncə Təhsil İdarəsinin müdiri saxta diplomlu müəllimə qalmaqalında


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...