ŞAD XƏBƏR - Müavinətlər yenidən artırılır

ŞAD XƏBƏR - Müavinətlər yenidən artırılır

Azərbaycanda bir sıra sosial müavinətlərin artırılması məsələsi hələ də öz aktuallığını qoruyur. Prezidentin müvafiq sərəncamı ilə Nazirlər Kabinetinə bu sahədə təkliflərin hazırlanması üçün müəyyən müddət verilsə də, artımların dəqiq vaxtı və məbləği hələ ki açıqlanmayıb.

 

"Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə Nazirlər Kabinetinə bu sahədə təkliflərin hazırlanması üçün 3 ay vaxt verilmişdi. Bu müddət mart ayında başa çatıb və güman edilir ki, təkliflər artıq təqdim olunub".

 

Sfera.az xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov modern.az-a açıqlamasında bildirib:

 

"Qeyd edilməlidir ki, 3 aylıq müddət artımın tətbiqi üçün deyil, yalnız təkliflərin hazırlanması üçün nəzərdə tutulub. Təkliflər hazırlandıqdan sonra onların razılaşdırılması və maliyyə yükünün hesablanması həyata keçirilib. Artıq bu mərhələlərin də başa çatdığı ehtimal olunur və yaxın vaxtlarda rəsmi qərarın verilməsi gözlənilir".

 

Millət vəkilinin sözlərinə görə, artımların konkret hansı sosial qrupları əhatə edəcəyi sənəd imzalandıqdan sonra məlum olacaq:

 

"Milli Məclis üzvləri tərəfindən xüsusi olaraq bəzi sosial müavinətlərin artırılması təklif edilib. Bu istiqamətdə atılacaq addımlar sosial siyasətin prioritet istiqaməti olaraq dəyərləndirilir və cənab Prezidentin sərəncamı da bir daha təsdiq edir ki, biz yaxın zamanlarda bu istiqamətdə addımların atılmasını müşahidə edəcəyik".

 

Mövzu ilə bağlı danışan iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, sosial müavinətlərin artırılması ilə bağlı gecikmənin əsas səbəbi dövlət büdcəsinin parametrlərinə yenidən baxılması ilə bağlıdır:

 

"Hazırda Milli Məclisdə növbədənkənar sessiya keçirilir. Gözlənilir ki, parlament ya bu, ya da gələn həftə büdcəyə dəyişiklikləri müzakirə edəcək. Büdcə dəyişiklikləri təsdiqləndikdən sonra isə həssas sosial qrupların müavinətlərinin artırılması ilə bağlı qərar verilə bilər".

 

Ekspert Qarabağ müharibəsi veteranlarına verilən ödənişlərin artırılmasının da gözlənildiyini vurğulayıb:

 

"Hazırda onlara ödənilən 80 manat məbləğinin artırılması gündəmdədir. Bununla yanaşı, ölkədə təqribən 500 minə yaxın müxtəlif növ sosial müavinət alanlar - əlilliyi olan şəxslər, sosial müdafiəsi zəif təbəqələr və digər qruplar üzrə də artımlar gözlənilir".


OXŞAR XƏBƏRLƏR

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.   Sfera.az...

Minalardan nə vaxt tamamilə azad olacağıq? - Gözlənilən tarix

Minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən ölkələr arasında Azərbaycan ilk sıralardadır. Minalar hələ də işğaldan azad olunan torpaqlarımızın müəy...