"Ukrayna bunu Böyük Britaniyasız edə bilməzdi" - Lavrov

"Ukrayna bunu Böyük Britaniyasız edə bilməzdi" - Lavrov

Ukraynanın Rusiya ərazisində həyata keçirdiyi terror hücumları Böyük Britaniyanın dəstəyi olmadan mümkün olmazdı.

 

Sfera.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “2050 Gələcək Forumu”nda çıxışı zamanı danışıb.

 

Lavrov qeyd edib ki, xüsusilə Kursk vilayətində baş verən son hadisələr Ukrayna tərəfindən həyata keçirilən düşmənçilik aktlarının davamıdır:

 

“Ukraynalı nasistlərin Kursk vilayətində etdiklərini hamımız gördük. Onların bu hücumlarla bağlı göstəriləcək heç bir hərbi hədəfi yoxdur. Bu səbəbdən də baş verənlər bizi təəccübləndirmədi”.

 

Nazir əlavə edib ki, Rusiya prezidenti bu məsələ ilə bağlı son hökumət iclasında konkret mövqe ortaya qoyub. Lavrov Böyük Britaniyanın bu hücumlara verdiyi dəstəyə xüsusi diqqət çəkib:

 

“Bu təhdidlər kifayət qədər ciddidir. Aydındır ki, bu hücumları Ukrayna tərəfi həyata keçirir, lakin Böyük Britaniyanın dəstəyi olmasaydı, onlar aciz qalardılar. Bu barədə 100% əminliyimiz var”.

 

Lavrov həmçinin ehtimal edib ki, ABŞ xüsusi xidmət orqanları da bu prosesə müəyyən şəkildə qoşula bilər: “Ola bilsin ki, ABŞ-nin xüsusi xidmət orqanları da bu işə qarışıb, amma Böyük Britaniyanın iştirakı tam aydındır”.

 

Nazirin çıxışı bir daha Qərb ölkələrinin Ukraynaya verdiyi dəstəyin Moskva tərəfindən necə qəbul edildiyini və bu gərginliyin gələcəkdə daha da artma ehtimalını gündəmə gətirir.

 

Fidan Hacızadə

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR