Skuterlə toqquşan aktrisa İradə Rəşidova xəstəxanaya yerləşdirildi

Skuterlə toqquşan aktrisa İradə Rəşidova xəstəxanaya yerləşdirildi

Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidova yol keçərkən sküterlə toqquşub və nəticədə ciddi xəsarət alıb.

 

Sfera.az xəbər verir ki, teatrın mətbuat katibi Samirə Əşrəf Teleqraf-a bildirib ki, iki gün əvvəl baş vermiş qəza nəticəsində beyin silkələnməsi olub.

 

"Vəziyyəti kafidir. Başı yerə dəydiyi üçün baş ağrıları və ürək bulanması var. Danışa bilir, huşu yerindədir, ancaq ağrıları davam edir. Hələki müalicəsi xəstəxana şəraitində aparılır. Bir müddət xəstəxanada qaldıqdan sonra müalicəsi evdə davam etdiriləcək".

 

Samirə Əşrəf qeyd edib ki, teatr rəhbərliyi hadisədən dərhal sonra aktrisanın ailəsi ilə əlaqə saxlayıb və vəziyyətini daim izləyir.


OXŞAR XƏBƏRLƏR

Bu şəxslərə əlavə pul veriləcək - RƏSMİ

Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” qərarına dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, bu barədə Baş nazir...

Sabah Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycanda avqustun 5-də 41 dərəcəyədək isti gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

İsrail Qəzza məsələsində güzəşt etmir - Səbəb nədir?

İsrail Qəzzaya humanitar yardım dəhlizi açmaq istəmir. Regionda humanitar böhranın daha da dərinləşdiyi bir vaxtda Tel-Əvivin bu addımı, müxtəlif siyasi dairələ...

Ən çox cəza "yeyən" futbol komandalarımız - ADLAR

Misli Premyer Liqasının 2024/2025 mövsümündə futbolçuları ən çox cəzalandırılan komandalar müəyyənləşib.   Sfera.az-ın məlumatına görə, bu barədə Peş...

Tramp Rusiyanı "təriflədi": “Sanksiyalardan yayınmaqda mahirdir"

“Rusiya Ukraynadakı münaqişənin həlli ilə bağlı razılığa gələrsə, ABŞ-nin tətbiq etdiyi sanksiyalardan yayınmaq imkanı əldə edə bilər”.   ...

Ekspertdən xaricdə təhsillə bağlı xəbərdarlıq: "Seçimlərdə diqqətli olun!"

Avqust ayı xaricdə təhsil almaq istəyən abituriyentlər üçün önəmli dövrdür. Bu tarixdə xaricdə təhsil üçün müraciət edənlərin sayı çox olur. Xaricdə t...