Sabirabadda qəza oldu, avtomobil yandı

Hadisə
17:38 / 07.06.2025
7297
Sabirabad rayonunun Minbaşı kəndində “Lifan" və “VAZ” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Digər avtomobil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.