Samir Şərifovun İlham Əliyevə siyasi xəyanətinin şifrələri: maliyyə şefinin məxfi - Dosyesi

Samir Şərifovun İlham Əliyevə siyasi xəyanətinin şifrələri: maliyyə şefinin məxfi - Dosyesi

Maliyyə naziri Samir Şərifovun prezident İlham Əliyevə siyasi xəyanətinin deşifrə olunması onu küncə sıxışdırıb. İqtidardakı dayaqlarını və etimadını itirmiş nazir media emissarlarının hesabına bu məsələni gündəmdən çıxarmağa çalışır. 

 


Nazir sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin yolunun yarısından dönməklə "sudan quru” çıxmaqdadır. 

Maliyyə naziri bir vaxtlar Qərbin çiyinlərində hakimiyyətdə yüksəlişinə inanırdı. Onun məxfi agentliyi barəsində hakim dairələrə sızan kəşfiyyat məlumatından sonra S.Şərifov "zərərsizləşdirildi”. 

O, F.Əliyev kimi "narıncı inqilab” ideyasını davam etdirmək niyyətində idi. Lakin hakimiyyətin siyasi təcrübəsi və beynəlxalq arenadakı əlaqələri S.Şərifovun arzularını qursağında qoydu.

Nazirin üç ölkənin agenti kimi ifşa olunmasına baxmayaraq, əslində, maliyyə şefi daha çox Qərb dairələrinə meylli idi. Onun siyasi dosyesinin indinin özündə də İ.Əliyevin masası üstündə olduğu xəbər verilir. Ölkə rəhbərliyi hələ də maliyyə nazirinə güvənmir.
Manatın devalvasiyası, bank sektorunun çöküşü və maliyyə sabitliyinin pozulmasında nazirin məsuliyyəti olsa da, ona bu problemlərə görə o dərəcədə də qəzəb yoxdur. 

Böhran iri pəncələri ilə ölkəni tapdalayır və bir nazirin fəaliyyəti ilə mübarizə aparmaq mümkün deyil. S.Şərifova qəzəbin səbəbi məhz Qərb dairələrində apardığı gizli danışıqlardır. 

Anaxeber.Az-ın verdiyi xəbərə görə, indi maliyyə naziri böyük bir media kampaniyasına start verərək arxayınlaşıb. O, media emissarlarının sayəsində İ.Əliyevə etdiyi siyasi xəyanətin mətbuat səhifələrindən yığışdırılmasına, ört-basdır olunmasına cəhd edir. 
Bir vaxtlar Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov MTN işində adının hallanmasını istəmədiyi üçün bu addımları atırdı. İndi görünür ki, Samir Şərifovun "quyruğu qapı arasında” qalıb. 

Maliyyə naziri iqtidar rəhbərliyinin gözündən elə düşüb ki, hər an vəzifəsini itirmək təhlükəsi var. Buna görə də işi mediaya düşüb. 
Fakt isə ondan ibarətdir ki, maliyyə naziri hakimiyyətdə yüksəlişini təmin etmək üçün Qərb dairələri ilə razılaşmalar aparıb. Sonunda proje iflas edib və nazir faş olub.

Gələn xəbərlərə görə, onun vəzifədən getməsindənsə, mərhələli şəkildə zəiflədilməsi kursu götürülüb. Hətta nazir son hadisələrin ardınca istefa verməyə hazır olduğunu da açıqlayıb. Amma hakim dairələr onun gedişinə imkan verməyib. 
Nazirin qələmi qırılsa da, qırılmış qələmlə fəaliyyət göstərməyə məhkum edilib.

Baxmayaraq ki, S.Şərifov spekulyasiyalar edərək mövqeyini möhkəmləndirməyə can atıb. Bununla belə, onun iqtidardakı dayaqları zəiflədilib və nazir mediada barəsində gedən materialları dayandırmaq niyyətindədir. 

Anaxeber.Az-ın verdiyi xəbərə görə, adı üç ölkənin casusu, manat qatili, Cahangir Hacıyev işi, Dubayda 12 min dollarlıq oteldə gecələmək və vitse-prezidentlik iddialarına qədər hallanmış S.Şərifovun kölgəyə çəkilmək istəkləri var.

Onsuz da halqası daralan və səlahiyyətlərinin azaldılması planalaşdırılan bir ərəfədə vəziyyətdən ayrı çıxış yolu qalmayıb. Odur ki, media ilə dil tapmaq xətti götürülüb. 


Bu çəkişmənin təfərrüatını növbəti yazıda təhlil edəcəyik. Reallıq budur ki, fövqəlnazir Şərifovun "vurulması” əməliyyatında öz payını 
götürməyi hesablayıb. 
Maliyyə nazirinin isə ona batmaq imkanları məhduddur. Bu baxımdan yeganə çıxış yolu media emissarlarını hərəkətləndirmək olub. Hazırda maliyyə naziri günahlarını yumaq üçün sudan quru çıxmağa çalışır. 

Vaxtilə Samir Şərifov qüdrətli fiqur idi. Onun siyasi ranqı var idi. Hətta Hesablama Palatasının sədri postu uğrunda maliyyə naziri Samir Şərifovla bu qurumun keçmiş rəhbəri, hazırda kənd təsərrüfatı naziri olan Heydər Əsədov arasında mübarizə gedirdi. 

Palatanın sədrliyinə namizədlər müəyyənləşdirilərkən iki şəxsin üzərində dayanılmışdı: maliyyə nazirinin müavini İlqar Fətiyev və Hesablama Palatası Aparatının Xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri Vüqar Gülməmmədov. 

İlqar Fətiyev Samir Şərifovun, Vüqar Gülməmmədov isə Heydər Əsədovun kadrı idi. Bu mübarizədə Heydər Əsədov qalib gəldi. 
Məlumatlara görə, Samir Şərifovla Heydər Əsədov arasındakı bu mübarizə maliyyə naziri üçün həm də sınaq xarakteri daşıyırdı. O dövrdə Samir Şərifov baş nazirliyə iddialı məmurlardan biri idi
 

OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...