Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA


Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA

Son günlər ard-arda davam edən zəlzələrlə bağlı təşvişə ehtiyac yoxdur.

 

Sfera.az xəbər verir ki, bunu Report-a açıqlamasında AMEA nəzdində espublİka Seysmoloji Xİdmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

 

Onun sözlərinə görə, 3 və 3-dən yuxarı maqnitudada təkanların olması ilə bağlı məlumatlar verilir, lakin xırda təkanlar da olur:

 

"Bu cür xırda təkanların olması enerji boşalmasıdır. Lakin təhlükəli, yəni maqnitudası 7 olan zəlzələ ehtimalı yoxdur. Hiss edilən zəlzələlər ola bilər".

 

Baş direktor əlavə edib ki, heç bir təşvişə ehtiyac yoxdur.

 

Xatırladaq ki, dünən yerli vaxtla 16:02-də Şamaxı və Xızıda 3,7maqnitudalı, dərinliyi 7 km olan zəlzələ baş vermişdi. Yeraltı təkan episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub. Bu gün səhər saatlarında Şamaxıda 3,2, Şamaxı və Xızı rayonlarında 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Azərbaycanın Rus icması Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib.   Sfera.az xəbər verir ki, bu barədə icmanı...

Yekaterinburqda həbs edilən azərbaycanlıların sayı 5-ə çatdı - FOTO

  Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib. &nb...

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara yekun vurulub - FOTOLENT

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” XI Beynəlxalq ya...

İyulun bəxtəvər bürcləri- pula pul deməyəcəklər

Yeni ay bürclərə yeni fürsətlər və bolluq vəd edir. Astroloqların proqnozlarına görə, iyul ayında bəzi bürclər üçün xüsusilə maddi baxımdan uğurlu dönəm olacaq....

Meteohəssas insanlar üçün PROQNOZ

Sabahın tibbi-meteoroloji proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, iyunun 30-da Abşeron yarımadasın...

Deputat: "Səfərovların ölümü ardıcıl təzyiqlərin davamıdır"

Son günlər Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən hadisələr ölkəmizdə ciddi narahatlıqla qarşılanır.   Xatırladaq ki, Feder...