Yol polisi: "Piyadaların 50 faizi cəriməni ödəmirsə, deməli..."

Yol polisi:
2016-cı ildə Bakı şəhəri üzrə 138 min piyada yol-hərəkət qaydasını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib. Ancaq onlardan 50 faizə qədəri cərimələri ödəməyib.
 
 

Sfera.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, əgər 50 faizə qədər insan cəriməni ödəmirsə, deməli, artıq piyadalarda arxayınlıq yaranıb: "Araşdırmalar zamanı müşahidə edirik ki, bəzi piyadalar müxtəlif vaxtlarda eyni yerdə ardıcıl xətalar törədib. Qara Qarayev və Neftçilər prospektlərində 6-7 piyada il ərzində qaydanı pozub, 4-5 dəfə onların barəsində protokol tərtib edilib, amma cərimələri ödəməyiblər. Piyadaların arxayın olub qaydaları pozmaları onların avtomobillərlə vurulması hallarının artmasına səbəb olur. Bu baxımdan cərimələrin ödənilməsi mexanizmində yeniliklər edilməlidir".

V.Əsədov vurğulayıb ki, 20-31 yaş həddi arasında piyadalara tərtib edilmiş protokollar daha çoxluq təşkil edir: "Onlar arasında işləyənlər də, təhsil alanlar da çoxdur. Cərimələrlə bağlı piyadaların iş yerlərinə, təhsil müəssisələrinə məlumat vermək mümkündür. Eyni zamanda, piyadaların məsuliyyətini artırmaq üçün digər müəssisələrə də müraciət etmək mümkündür. Banklar kredit verərkən həmin şəxsin cəriməsinin olub-olmamasına diqqət yetirsin və cərimələrin olduğunu xatırlatsın. Yəni, əgər vətəndaşın yol-hərəkət qaydasını pozduğuna görə cərimə borcu varsa, bu hər yerdə, o cümlədən notariat kontorlarında, mənzil-istismar sahələrində sənəd alarkən, digər dövlət və qeyri-dövlət müəssisələrinə müraciət edərkən, xaricə səfər edərkən üzə çıxmalıdır ki, piyada məsuliyyətini anlasın və bir daha qaydanı pozmasın. Bu hallar nəzərə alınarsa, hesab edirəm ki, piyadaların avtomobillərlə vurulması xeyli azalar. Əsas məqsədimiz piyadaların avtomobillərlə vurulması hallarının sayını azaltmaqdır".


OXŞAR XƏBƏRLƏR

Əhaliyə may ayı ilə bağlıCİDDİ XƏBƏRDARLIQ- Həmin günlər təhlükəli tarixlərdir

May ayı təkcə uzun zamandır gözlənilən istilərlə deyil, həm də ciddi maqnit qasırğaları ilə yadda qalacaq.   Alimlər geomaqnit fırtınalarının insan s...

Netanyahunun korteji qəzaya düşdü - FOTO

İsrail Baş naziri Benyamin Netanyahunun korteji qəzaya düşüb.   Sfera.az xəbər  verir ki, hadisə Netanyahunun Qüdsdəki ofisinin qarşısında baş v...

Leyla və Arzu Əliyevalar rəsmi açılışda- FOTOLAR

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi a...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

Zərərçəkmiş: "Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu"

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri...