Ərdoğanla Paşinyan arasında telefon danışığı olub

Dünya
15:16 / 05.06.2025
3352
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Sfera.az APA-ya istinadən xəbər verir ki, bu haqda Ermənistan mediası xəbər verir.
Söhbət zamanı Paşinyan Qurban bayramı münasibətilə Ərdoğanı təbrik edib.
Türkiyə və Ermənistan liderləri ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edib.
Tərəflər dialoqu davam etdirməyə razılaşıblar.