"Putin ABŞ-İran danışıqlarında vasitəçi ola bilər" - Peskov

"Putin ABŞ-İran danışıqlarında vasitəçi ola bilər" - Peskov

“Rusiya Prezidenti Vladimir Putin lazım gəldikdə İranın nüvə proqramı üzrə İran-ABŞ danışıqlarına qoşulmağa hazır olacaq”.

 

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

"Bu danışıqlar lazım olduqda yaxın günlərdə baş verən bir prosesdir. Bilirsiniz ki, həm Tehran, həm də Vaşinqtonla dialoqumuz müxtəlif kanallar vasitəsilə davam edir. Ona görə də, lazım gəldikdə, Rusiya tərəfi də işə qarışa biləcək", - o, brifinqdə deyib.

 

“Bizim Tehranla sıx tərəfdaşlıq münasibətlərimiz var və təbii ki, prezident Putin bildirib ki, biz İranın nüvə proqramı probleminin həlli üçün gedən danışıqları asanlaşdırmaq və ona töhfə vermək üçün Tehranla bu səviyyədə tərəfdaşlıqdan istifadə etməyə hazırıq”, - Peskov dövlət başçısı ilə ABŞ prezidenti arasında dünənki söhbəti də şərh edərkən deyib.


Fidan Hacızadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Natəvan Bayramova yeni vəzifəyə təyin olundu

"Referans Medical Group"un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.   Sfera.az xəbər verir ki,...

Ayın 8-i kabusu... - Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb. Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə ...

Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresdən keçməsinə razılıq vermə imkanını ciddi şəkildə nəzərdən ...

Azərbaycanda ana doğuş zamanı öldü - TƏFƏRRÜAT

20:06   İmişli rayonundan olan qadın Sabirabadda doğuş zamanı ölüb. Sfera.az xəbər verir ki, İmişli rayon sakini, 1992-ci il təvəllüdlü Kərimova...

Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapıldı

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.   Sfera.az-ın məlumatına görə, meyit Yuxarı Qarabağ k...

Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var

Ermənistan Müdafiə Nazirliyinin poliqonunda minaatan mərmisinin partlaması nəticəsində bir neçə nəfər yaralanıb.   Bu barədə Sfera.az“Armenpres...