Bu maşınlar kəskin bahalaşacaq


Bu maşınlar kəskin bahalaşacaq

Çin bəzi nadir metalların ixracına məhdudiyyət qoyub. Bu metallar avtomobillərin istehsalında vacib rol oynayır. Avropa və Asiya ölkələrinin avtomobil zavodları çətin vəziyyətə düşüb. Bu, maşınların istehsalının dayanmasına və qiymətlərin artmasına səbəb ola bilər.

 

Sfera.az xəbər verir ki, alman və yapon maşınları bahalaşa, çin avtomobilləri isə ucuzlaşa bilər. Bəzi modellərin istehsalı isə tamamilə dayandırıla bilər, necə ki, ilk qurban "Suzuki"nin "SWIFT" modeli oldu.

 

Çin avtomobil, müdafiə və enerji sahələrində istifadə olunan bəzi nadir metalların ixracını məhdudlaşdırıb. Bu qərar ABŞ-nin Çin mallarına əlavə gömrük rüsumu tətbiq etməsinə cavab olaraq verilib. Nadir metallar elektrikli və adi avtomobillərin vacib hissələrinin istehsalında istifadə olunur. Çin isə bu metalların dünyadakı ən böyük istehsalçısıdır - təxminən 60%-ni təkbaşına təmin edir.

 

Avropanın avtomobil istehsalçıları artıq bəzi zavodları bağlayıb. Zavodların ehtiyat hissələri tükəndikcə daha çox bağlanmalar gözlənilir. Almaniyanın avtomobil sənayesi bu vəziyyətə görə ciddi narahatlıq keçirir və istehsalın tamamilə dayanma riski olduğunu bildirir. Onların sözlərinə görə, Çin bəzi şirkətlərə ixrac üçün lisenziya versə də, bu kifayət deyil. Üstəlik, lisenziya verilən malların gömrükdən çıxarılması da çox gecikir.

 

Əgər istehsal dayansa və ya azalsa, maşın sayı bazarda azalacaq. Bu da qiymətlərin qalxmasına səbəb olacaq. Belə bir hal pandemiya dövründə də yaşanmışdı - yeni maşınlar az idi, insanlar ikinci əl maşınlara üz tutmuşdu və qiymətlər kəskin artmışdı.

 

BMW bildirir ki, onların da bəzi tədarükçüləri bu vəziyyətdən təsirlənib. Mercedes-Benz isə nadir metalların istifadəsini azaltmaq üçün yeni yollar axtarır. Onlar gələcəkdə bu metallardan imtina etmək istədiklərini deyirlər. Volkswagen hələlik ciddi problem yaşamadığını və tədarükün sabit olduğunu açıqlayıb.

 

Yaponiyanın Nissan şirkəti də bu məsələdən narahatdır və hökumətlə birlikdə alternativ yollar axtarır. Suzuki şirkəti isə artıq bəzi modellərin - məsələn, Swift avtomobilinin istehsalını müvəqqəti dayandırıb.

 

Əgər Çin bu məhdudiyyətləri davam etdirsə, dünyada avtomobil istehsalı ciddi şəkildə azalacaq. Bu da qiymətlərin qalxmasına və alıcılar üçün daha çətin vəziyyətin yaranmasına səbəb olacaq. Şirkətlər isə çıxış yolu kimi ya alternativ tədarükçü tapmalı, ya da yeni texnologiyalar hazırlamalıdır. milli.az


OXŞAR XƏBƏRLƏR

Natəvan Bayramova yeni vəzifəyə təyin olundu

"Referans Medical Group"un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.   Sfera.az xəbər verir ki,...

Ayın 8-i kabusu... - Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb. Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə ...

Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresdən keçməsinə razılıq vermə imkanını ciddi şəkildə nəzərdən ...

Azərbaycanda ana doğuş zamanı öldü - TƏFƏRRÜAT

20:06   İmişli rayonundan olan qadın Sabirabadda doğuş zamanı ölüb. Sfera.az xəbər verir ki, İmişli rayon sakini, 1992-ci il təvəllüdlü Kərimova...

Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapıldı

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.   Sfera.az-ın məlumatına görə, meyit Yuxarı Qarabağ k...

Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var

Ermənistan Müdafiə Nazirliyinin poliqonunda minaatan mərmisinin partlaması nəticəsində bir neçə nəfər yaralanıb.   Bu barədə Sfera.az“Armenpres...