Ukrayna BMT Təhlükəsizlik Şurasında Qarabağ məsələsini qaldıracaq

Ukrayna BMT Təhlükəsizlik Şurasında Qarabağ məsələsini qaldıracaq

Ukrayna BMT Təhlükəsizlik Şurasının tribunasından işğal edilmiş Azərbaycan ərazilərinin azad olunması məsələsini qaldıracaq.

Sfera.az məlumatına görə, bu barədə virtualaz-a Ukrayna politoloqu, Sosial Tədqiqatlar Mərkəzinin direktoru Serqey Belaşko bildirib.

Analitik Ukrayna diplomatlarının BMT-də ardıcıl olmamalarından və bəzi səhv addımlarından da şikayətlənib.

Belaşkonun sözlərinə görə, diplomatik cəbhədə separatizmlə mübarizə məsələləri xüsusi yanaşma tələb edir.

"MDB məkanında dondurulmuş münaqişələrin öz xüsusiyyətləri var. Regionlar var ki, ayrılmağa cəhd edirlər, regionlar da var zəbt olunublar. Belə məsələlər üzrə BMT çərçivəsində müvəffəqiyyət qazanmaq çətindir. BMT-nin daimi üzvləri veto qoya bilərlər və problem siyasi qiymətini almaya və ya hüquqi həllini tapmaya bilər. Amma hər halda, BMT-nin tribunası beynəlxalq ictimaiyyətin diqqətini cəlb edə bilər, o öz mövqeyini ifadə etməyə icazə verir", - Belaşko vurğulayıb.

Ekspert qeyd edib ki, ərazi bütövlüyü iki yolla bərpa olunur: hərbi və ya diplomatik.

"Azərbaycan hərbi yolla bir neçə gün ərzində ərazilərni qaytara bilər, əgər Ermənistanla Dağlıq Qarabağın sərhədi kəsiləcəksə. Amma regionda müxtəlif oyunçular bu varianta qarşı duracaqlar", - Belaşko bildirib.

Onun fikrincə, Qarabağ münaqişəsi çoxtərəfli - "Avropa Birliyi - Rusiya-Türkiyə - Azərbaycan-Ermənistan" formatında nizama salına bilər.

"Bu, Gürcüstanda, Moldovada və Ukraynada dondurulmuş başqa münaqişələrin nizama salınması üçün də nümunə ola bilər", - deyə Ukrayna politoloqu vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Əhaliyə may ayı ilə bağlıCİDDİ XƏBƏRDARLIQ- Həmin günlər təhlükəli tarixlərdir

May ayı təkcə uzun zamandır gözlənilən istilərlə deyil, həm də ciddi maqnit qasırğaları ilə yadda qalacaq.   Alimlər geomaqnit fırtınalarının insan s...

Netanyahunun korteji qəzaya düşdü - FOTO

İsrail Baş naziri Benyamin Netanyahunun korteji qəzaya düşüb.   Sfera.az xəbər  verir ki, hadisə Netanyahunun Qüdsdəki ofisinin qarşısında baş v...

Leyla və Arzu Əliyevalar rəsmi açılışda- FOTOLAR

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi a...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

Zərərçəkmiş: "Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu"

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri...