Qurbanlıq alarkən bunlara DİQQƏT EDİN

Qurbanlıq alarkən bunlara DİQQƏT EDİN

Bu il Qurban bayramı Azərbaycanda 6 və 7 iyun tarixlərində qeyd olunacaq. Hər il olduğu kimi bu dəfə də yüzlərlə vətəndaş ibadət niyyəti ilə qurbanlıq heyvan alacaq. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, qurbanlıq heyvanın seçilməsi zamanı dini, baytarlıq və sanitariya tələblərinə əməl olunmaması ciddi fəsadlara yol aça bilər.

 

Bəs qurbanlıq hansı heyvanlar ola bilər?

 

Sfera.az bildirir ki, qurbanlıq heyvanın İslam dininə uyğunluğu üçün bir sıra vacib şərtlər mövcuddur.

 

Belə ki, qurban yalnız qoyun, keçi, inək, dana və ya dəvə ola bilər. Qoyun və keçi ən azı 1 yaşında, inək və dana 2 yaşında, dəvə isə 5 yaşında olmalıdır. Kor, topal, həddindən artıq zəif və ya bədən üzvü tam olmayan heyvanların qurban kəsilməsi düzgün deyil.

 

Bundan əlavə, heyvanın tam sağlam olması, qüsursuz görünməsi və yeməyə olan həvəsi də əsas meyarlardandır.

 

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən rəsmi açıqlamalarda vurğulanır ki, qurbanlıq heyvanlar yalnız baytarlıq müayinəsindən keçmiş, sertifikatlı satış məntəqələrindən alınmalıdır.

 

“İnsanlar təsadüfi, yolkənarı satış məntəqələrindən heyvan almasınlar. Hər bir heyvanın sağlamlıq arayışı, vaksin sənədi olmalıdır. Əks halda, təkcə dini baxımdan yox, sanitar cəhətdən də risk yaranır”,- AQTA bildirir.

 

Ətin təhlükəsizliyi yalnız kəsimdən əvvəl deyil, sonra da vacibdir. Baytarlar xüsusilə qaraciyər, ağciyər və dalaq kimi daxili orqanların da diqqətlə yoxlanılmasını tövsiyə edirlər.

 

Son illər bəzi satıcıların heyvanlara süni şəkildə çəki artırmağı üçün hormon preparatları verdiyi iddia olunur. Bu cür müdaxilələr heyvanın xarici görünüşünü dəyişsə də, daxildən ciddi xəstəlik daşıyıcısı ola bilər.

 

Mütəxəssislər xəbərdarlıq edir ki, əgər heyvan normal gəzmirsə, sallaq və süst görünürsə, gözlərində və burun dəliklərində axıntı varsa, yemək yeməyə maraqsızdırsa, bu heyvanın qurbanlıq üçün uyğun olmadığı ehtimalı yüksəkdir.

 

Həm ətraf mühitin çirklənməməsi, həm də qanunvericiliyə uyğunluq baxımından rəsmi kəsim məntəqələrində qurban kəsmək daha doğrudur. Kəsim zamanı heyvanların əzab çəkməməsi, sanitar şəraitin qorunması və tullantıların düzgün utilizasiyası təmin edilməlidir.

 

Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Maqadanda nadir təbiət hadisəsi: Dörd ton balıq dənizə qayıda bilmədi - VİDEO

Rusiyanın Maqadan bölgəsində baş verən güclü axın sahilboyu ərazilərdə ekoloji problem yaradıb.   Sfera.az xəbər verir ki, "Mash" &quo...

Hər 30 uşaqdan 1-də gizli təhlükə - Mütəxəssislər həyəcan təbili çalır

Avropanın aparıcı ortoped və fizioterapevtləri skoliozun (onurğa sütununun yana əyilməsi) vaxtında aşkarlanmasının və fərdi müalicə planlarının tətbiqinin vacib...

Hansı hallarda mənəvi zərərə görə kompensasiya tələb edilə bilər?

Bir neçə gün əvvəl Tovuz rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində dönərdən kütləvi zəhərlənmə hadisəsi ictimaiyyətdə ciddi narahatlıq yaradıb. &n...

Sudanda qızıl mədəni çökdü: 50-dən çox insan öldü

Sudanda Atbara və Haya şəhərləri arasında yerləşən Huveyd bölgəsindəki qızıl mədəninin çökməsi nəticəsində 50-dən çox insan həyatını itirib.   Sfera....

Azərbaycanda nazirə ağır itki - Qəfil ürəktutmadan öldü - FOTO

Azərbaycanda nazirə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının səhiy...

Türkiyənin sevilən aktrisasının yeni serialı məlum oldu

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, o, yaxın zamanda "Sahtekarlar...