Nazirlik əməkdaşı iş başında faciəli şəkildə dünyasını dəyişdi

Nazirlik əməkdaşı iş başında faciəli şəkildə dünyasını dəyişdi

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı anbar soyuducusunun müayinəsi zamanı faciəli şəkildə ölüb.

 

Sfera.az “oxu.az”a istinadən xəbər verir ki, hadisə Biləsuvar rayonunun Arazbarı kəndi ərazisindəki saxlama kamerasında baş verib.

 

FHN-in "Azərdövlətsənayelayihə" Dövlət layihə institutunun əməkdaşları kənd təsərrüfatı məhsullarının saxlanılması üçün nəzərdə tutulan soyuducu kamerada müayinə-yoxlama tədbirləri həyata keçirib.


Yoxlama zamanı saxlama kamerasının tavan atmalarını müayinə etmək lazım olub.
 

Əməkdaşların xahişi ilə orada işləyən Yusif adlı şəxsdən xahiş ediblər ki, anbardakı avtokarı idarə etməklə mütəxəssisi anbarın tavanı istiqamətində qaldırsın. Yusif adlı şəxs onların xahişini yerinə yetirməyə razılaşıb və avtokarı işə salıb. FHN-in mütəxəssisi Fövzi Quliyev avtokarın çəngəlvari hissəsinə çıxıb və sürücüdən onu yuxarı qaldırmağı xahiş edib.
 

Avtokar sürücüsü mütəxəssis olan çəngəli müayinə yeşikləri ilə birlikdə F.Quliyevi anbarın tavan hissəsinə qaldırarkən yeşiklərdən biri aşıb və nəticədə mütəxəssis yüksəklikdən yıxılıb ölüb.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

 

Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə sürücü iki il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Xatırladaq ki, FHN mütəxəssisi F.Quliyev həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tədriş işləri üzrə dekan müavini olub.


OXŞAR XƏBƏRLƏR

Sabah Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycanda avqustun 5-də 41 dərəcəyədək isti gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

İsrail Qəzza məsələsində güzəşt etmir - Səbəb nədir?

İsrail Qəzzaya humanitar yardım dəhlizi açmaq istəmir. Regionda humanitar böhranın daha da dərinləşdiyi bir vaxtda Tel-Əvivin bu addımı, müxtəlif siyasi dairələ...

Ən çox cəza "yeyən" futbol komandalarımız - ADLAR

Misli Premyer Liqasının 2024/2025 mövsümündə futbolçuları ən çox cəzalandırılan komandalar müəyyənləşib.   Sfera.az-ın məlumatına görə, bu barədə Peş...

Tramp Rusiyanı "təriflədi": “Sanksiyalardan yayınmaqda mahirdir"

“Rusiya Ukraynadakı münaqişənin həlli ilə bağlı razılığa gələrsə, ABŞ-nin tətbiq etdiyi sanksiyalardan yayınmaq imkanı əldə edə bilər”.   ...

Ekspertdən xaricdə təhsillə bağlı xəbərdarlıq: "Seçimlərdə diqqətli olun!"

Avqust ayı xaricdə təhsil almaq istəyən abituriyentlər üçün önəmli dövrdür. Bu tarixdə xaricdə təhsil üçün müraciət edənlərin sayı çox olur. Xaricdə t...

İlham Əliyev Ağ Evdə Tramp və Paşinyanla görüşəcək

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.   Sfera.az xəbər ver...