Bəzi avtobus sürücüləri NƏZARƏTƏ GÖTÜRÜLDÜLƏR

Bəzi avtobus sürücüləri NƏZARƏTƏ GÖTÜRÜLDÜLƏR

Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülər tərəfindən qeyri-iş vaxtı avtobusların istifadəsindən narazıdır.

Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu daşıyıcılarla keçirilən görüşdə BNA-nın baş direktorunun müşaviri Mübariz Abbasov bildirib.

BNA rəsmisinin sözlərinə görə, bəzi sürücülər işdən sonra avtobusları istehsalata bazasında saxlamalı olduğu halda, yaşadığı yerlərin yaxınlığında saxlayır: "Bəzi sürücülər nəqliyyat vasitələrini küçələrdə, binaların arasında saxlayırlar. Əməkdaşlarımız onların şəklini çəkib və bu məsələ tərəfimizdən nəzarətə götürülüb.

Bundan başqa, əməkdaşlarımız tərəfindən 64 saylı marşrutda avtobusların xəttə çıxışı ilə bağlı reyd keçiriblər. Müşahidə olunub ki, nəqliyyat vasitələri istehsalat bazasından xəttə çıxmırlar. Bu cür halların qarşısını almaq üçün belə bir təklifimiz var ki, pərakəndə şəkildə çalışan şəxslər birləşib kooperativ yaratsınlar. Bu, daha məqsədəuyğun olar. Hər bir nəqliyyat vasitəsi istehsalat parkından xəttə çıxmalıdır. Bu da baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısını almaq məqsədi güdür".


OXŞAR XƏBƏRLƏR

Əhaliyə may ayı ilə bağlıCİDDİ XƏBƏRDARLIQ- Həmin günlər təhlükəli tarixlərdir

May ayı təkcə uzun zamandır gözlənilən istilərlə deyil, həm də ciddi maqnit qasırğaları ilə yadda qalacaq.   Alimlər geomaqnit fırtınalarının insan s...

Netanyahunun korteji qəzaya düşdü - FOTO

İsrail Baş naziri Benyamin Netanyahunun korteji qəzaya düşüb.   Sfera.az xəbər  verir ki, hadisə Netanyahunun Qüdsdəki ofisinin qarşısında baş v...

Leyla və Arzu Əliyevalar rəsmi açılışda- FOTOLAR

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi a...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

Zərərçəkmiş: "Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu"

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri...