“Prezidentin təqdim etdiyi açıqlamalar Azərbaycanın yaşıl enerji gündəliyinin iddialı olduğunu göstərir”

“Prezidentin təqdim etdiyi açıqlamalar Azərbaycanın yaşıl enerji gündəliyinin iddialı olduğunu göstərir”

“İyunun 2-də Bakıda Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan Bakı Enerji Həftəsi növbəti dəfə öz işinə başladı. Tədbir çərçivəsində Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”unun açılışı oldu. Qeyd olunmalıdır ki, 1994-cü ildən etibarən ənənəvi olaraq hər il keçirilən bu tədbirdə müxtəlif ölkələri təmsil edən qlobal şirkətlərin sayı ildən-ilə artır. Tədbirin rəsmi açılış mərasimində iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında qeyd etdi ki, 31 il bundan öncə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş ilk sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Əlbəttə ki, bütün bunlar Ümummilli Lider Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. Çünki Ulu Öndər yaxşı bilirdi ki, enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək. Məhz vaxtında atılmış həmin müdrik addımın nəticəsidir ki, bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik olan, insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatıran bir ölkəyə çevrilmişdir. Bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini getdikcə artırır. Çünki, enerji, neft və qaz bundan sonra da hələ uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır.”

Bu sözləri açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Öz fikirlərini davam etdirən deputat qeyd edib ki, bərpaolunan enerji istehsalı sahəsində Azərbaycanın yaxın beş ilə hesablanmış planları barədə cənab Prezident İlham Əliyevin təqdim etdiyi açıqlamalar xüsusilə böyük maraq doğurub: “Öz çıxışında dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanın təbii qaz ixracı ötən il 25 milyard kubmetrə çatmışdır. Lakin imzalanan yeni müqavilələr var və Azərbaycan qazına tələbat artır. Buna görə də ölkəmiz 2030-cu ilədək hasilatı və qaz ixracını 8 milyard kubmetrə qədər artıracaq. Eyni zamanda da növbəti beş il ərzində Azərbaycan 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacaq. Bu rəqəmlər Azərbaycanın yaşıl enerji gündəliyinin kifayət qədər iddialı olduğunu göstərir. Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması bu ölkənin məsuliyyətini nümayiş etdirir. Cənab Prezident vurğuladı ki, bütün bu yaşıl enerji potensialı sayəsində Azərbaycan özünün elektrik enerjisinə artan tələbatını təmin edəcək. Nəticədə qənaət ediləcək bir neçə milyard kubmetr həcmində təbii qaza ixrac oluna biləcək” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb. (aia.az)


OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...