Axtarışa verilmiş şəxs Ukraynadan Azərbaycana gətirildi


Axtarışa verilmiş şəxs Ukraynadan Azərbaycana gətirildi

Beynəlxalq axtarışa verilmiş daha 1 şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunub.

 

Bu barədə Sfera.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Namik Tahir oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən təmin edilib.

 

Belə ki, Bakı şəhəri Binəqədi rayon polis idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Məmmədov Namik Tahir oğlunun qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə külli miqdarda əmlakı əldə etmə, ona sahiblik etmə və ya ondan istifadə etmə, rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə, özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən ələ keçirmə cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

 

Namik Məmmədov Ukraynanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...