“YouTube” bu telefonlarda işləməyəcək

“YouTube” bu telefonlarda işləməyəcək

Video platforması “YouTube” son yeniləmə qərarı ilə bəzi “iPhone” istifadəçilərini narahat edib. Şirkət tərəfindən təqdim edilən 20.22.1 versiyalı yeniləmədən sonra tətbiq yalnız “iOS 16” və daha yüksək əməliyyat sistemi ilə çalışan cihazlarda istifadə edilə biləcək.

 

Sfera.az “En Son Haber”ə istinadən xəbər verir ki, rəsmi məlumata görə, “iOS 16” və ya daha yeni versiyanı dəstəkləməyən modellərdə “YouTube” tətbiqi artıq işləməyəcək. Bu qərar bir sıra köhnə “Apple” cihazlarını əhatə edir.

 

Tətbiqin dəstəyini itirən cihazların siyahısı:

 

“iPhone 6s”
“iPhone 6s Plus”
“iPhone 7”
“iPhone 7 Plus”
“iPhone SE” (1-ci nəsil)
“iPod touch” (7-ci nəsil)
“iPad Air 2”
“iPad mini 4”


Bu cihazlardan istifadə edənlər “YouTube”a yalnız mobil brauzer vasitəsilə daxil ola biləcəklər. Lakin brauzer üzərindən istifadə zamanı tətbiqin təqdim etdiyi bildirişlər, “şəkil içində şəkil” (PiP) funksiyası və tam ekran rejimi kimi imkanlar əlçatan olmayacaq.

 


“YouTube”un bu addımı texnoloji baxımdan yenilənmələrin davamlılığını təmin etmək məqsədi daşısa da, köhnə cihaz sahibləri üçün narahatlıq doğuracaq. İstifadəçilər ya cihazlarını daha yeni modellərlə əvəz etməli, ya da məhdud funksiyalı brauzer versiyası ilə kifayətlənməlidirlər.

 

Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...