Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi

Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin Maddi Texniki Təchizat üzrə rəis müavini, daxili xidmət polkovniki Elvin Xanlar oğlu Mehdiyev işdən çıxarılıb.

 

Sfera.az xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Elvin Mehdiyev vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

 

Qeyd edək ki, Elvin Mehdiyev ötən ilin iyul ayında Dövlət Yanğından Mühafizə Xidmətinin Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Bakı Regional Mərkəzinin Maddi Texniki Təchizat üzrə rəis müavini təyin olunmuşdu. O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qohumudur. Ramiz Mehdiyevin oğlu general-mayor Teymur Mehdiyev isə fövqəladə hallar nazirinin müavinidir.
 

Xatırladaq ki, bu ilin mart ayında müəmmalı səbəblərdən FHN-in Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov vəzifəsindən kənarlaşdırılıb, bir neçə gün əvvəl 4 aylıq sərəncama götürülüb. Gəncə Regional Mərkəzin rəisi polkovnik Elnur Məhərrəmov vəzifəsindən azad edilərək, Bakı Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub. (Qaynarinfo.az)
 


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...