ABŞ-dakı erməni lobbisi Trend İnformasiya Agentliyinə müharibə elan etdi

ABŞ-dakı erməni lobbisi Trend İnformasiya Agentliyinə müharibə elan etdi

Amerika Erməni Milli Komitəsi növbəti dəfə ucuz təbliğat üsullarından istifadə edərək Trend İnformasiya Agentliyinin əməkdaşının ABŞ-da erməni diasporunun vəziyyətinin pisləşməsindən bəhs edən "Trump puts end to Armenian lobby's influence on US" adlı məqaləsindəki sözlərini təhrif etməyə çalışıb.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, Amerika Erməni Milli Komitəsi "Tvitter"dəki səhifəsində həmin məqalədəki sitatı Hitlerin "Mayn kampf" kitabındakı sitatla müqayisə edərək məqalənin dağıdıcı effektini uğursuz şəkildə kiçiltməyə çalışıb.

Erməni lobbisinin nümayəndələri müəllifin ABŞ-da parazitliklə məşğul olan erməni diasporu haqqında fikirlərini təhrif edib və Hitlerin yəhudi xalqı haqqında fikirləri ilə müqayisə aparıb. Tarixin təhrif olunması erməni diasporunun və Ermənistan rəhbərliyinin "şah əsəri"dir. Amerika Erməni Milli Komitəsi öz "prinsiplər"inə sadiq qalaraq ABŞ cəmiyyətini yanlış istiqamətə yönəltməyə çalışır.

Trend İnformasiya Agentliyi xatırladır ki, məhz Ermənistan hakimiyyəti faşist və antisemit general Qaregin Njde kimi şəxslərə abidə ucaltmaqla Ermənistanda faşist rejiminin nümayəndələrini qəhrəmanlaşdırır. Bu abidənin açılışında dövlət nümayəndələrinin də iştirak etməsi faktı bir daha bu mövqenin ayrı-ayrı şəxslərin deyil, Ermənistanın hakim dairələrinin mövqeyi olduğunu təsdiq edir. Həmçinin xatırlatmaq lazımdır ki, Ermənistanın hazırkı hakimiyyəti bu il Azərbaycanda 25-ci ildönümü ağrı və gözyaşı ilə qeyd olunacaq Xocalı soyqırımının birbaşa günahkarıdır.

Ermənistandan fərqli olaraq, multikulturalizm və tolerantlıq nümunəsi olan Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri dinc və mehriban şəraitdə yaşayırlar. Azərbaycan daim faşizmin istənilən təzahürlərini və ona bəraət qazandırılması cəhdlərini qətiyyətlə pisləyib.

Amerika Erməni Milli Komitəsinin nümayəndəsinin Hitlerin "Mayn kampf"ından sitat gətirməsi faktı bu ktabın təşkilatın stolüstü kitabı olduğunu güman etməyə əsas verir. Erməni lobbisinin rəhbərliyinin ASALA kimi terror təşkilatları ilə yaxın əlaqələrini nəzərə alsaq, bu, heç də təəccüblü deyil.


OXŞAR XƏBƏRLƏR

Davranışlar gələcək nəsillərə ötürülə bilir - YENİ TƏDQİQAT

Elm adamları epigenetika sahəsində apardıqları son araşdırmalarda maraqlı nəticələr əldə ediblər.    Sfera.az xəbər verir ki, insanın qidalanma ...

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

İyulun 16-19-da, əsasən, gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. &nb...

"Azər Türk Bank" birinci yarım ili yüksək göstəricilərlə başa vurdu

Dövlət bankı "Azər Türk Bank"ın 01 iyul 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,2% artaraq, 1,9 milyard manat səviyyəs...

Türkiyənin hava məkanında REKORD GÖSTƏRİCİ

İyulun 13-də Türkiyə üzərindən 1745 tranzit uçuş baş tutub ki, bu da indiyədək qeydə alınmış rekord göstəricidir.     Sfera.az xəbər verir...

Renat Dadaşovun yeni komandası bəlli oldu

Futbol üzrə Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni komandası bəlli olub.   Sfera.az xəbər verir ki, hücumçu Polşanın "Motor ...

Şəxsi məlumatları ələ keçirən dələduz həbs edildi - DİN

Vətəndaşların şəxsi məlumatları əsasında kütləvi maliyyə dələduzluğu, ayrı-ayrı şəxslərin bank hesablarına saxta sorğular verməklə pul vəsaitlərini talayan şəxs...