15 yaşlı şagird məktəbin 3-cü mərtəbəsindən yıxıldı

15 yaşlı şagird məktəbin 3-cü mərtəbəsindən yıxıldı

Bərdə rayonunda yeniyetmə qız məktəbdə xəsarət alıb.

 

Sfera.az xəbər verir ki, hadisə iyunun 2-si saat 12 radələrində Bərdə şəhərində 5 saylı tam orta məktəbdə baş verib.


Həmin məktəbdə təhsil alan Qaradağlı kənd sakini 2010-cu il təvəllüdlü Z. Şıxıyeva (şərti) 3-cü mərtəbədə yerləşən sinif otağının pəncərəsindən yıxılıb.

 

Xəstəxanaya yerləşdirilmiş Z. Şıxıyevanın vəziyyəti qənaətbəxşdir.


Hadisə ilə bağlı araşdırma aparılır. (Qafqazinfo.az)


OXŞAR XƏBƏRLƏR