Qurbanlıq üçün hansı heyvanlar kəsilməlidir? –AÇIQLAMA

Qurbanlıq üçün hansı heyvanlar kəsilməlidir? –AÇIQLAMA

Qurban minimum xırdabuynuzlu heyvanlardan - qoç, qoyun, keçidən kəsilir.

 

Sfera.az  xəbər verir ki, bunu trend.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.


Sədr müavini bildirib ki, xırdabuynuzlu heyvana bir neçə insanın şərik olması məsləhət görülmür:
 

"İstisna ola bilər ki, iki nəfər şərik olub bir xırdabuynuzlu heyvanı kəsə bilər. Hərə öz adından bir xırdabuynuzlu heyvanı kəssə, daha gözəl olar. Lakin iribuynuzlu heyvana bir neçə insan şərik ola bilər. 5, 7, 10, 15 nəfər mümkündür, burada heyvanın çəkisi rol oynayır. Xırdabuynuzlu, iribuynuzlu heyvanlar və bir də dəvədən qurban kəsilə bilər".
 

F.Nurullayev vurğulayıb ki, qurban kəsimində heyvanın yaş faktoruna da çox önəm verilməlidir:

 

"Xırdabuynuzlu heyvanların yaşı 8 ay və ondan yuxarı olmalıdır. İribuynuzlu heyvanın yaşı 1 və ondan yuxarı olsa, daha yaxşı olar. Qurbanlıq dəvənin isə 5 yaşı olmalıdır".


Qurum rəsmisi əlavə edib ki, kəsilən heyvan 3 hissəyə ayrılmalıdır:
 

"Bir hissəsini kəsən insan öz ailəsi üçün istifadə edə, ikinci hissəsini yaxın qohum-əqrabasına, üçüncü hissəni isə kənar insanlara paylaya bilər. Əgər heyvanı kəsən insanın o ətə ehtiyacı yoxdursa, onun hamısını imkansızlara paylaya bilər. Heyvanın əti bölünərkən bədən əzalarından hər birindən paylara əlavə edilməlidir".


OXŞAR XƏBƏRLƏR

Yevlaxda ağır qəza: 66 yaşlı qadın həlak oldu

Yevlaxda minik avtomobilinin motobloka çırpılması nəticəsində xəsarət alan şəxs xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, 1951-ci il təvəllüd...

Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək

Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi bu gün Azərbaycana gətiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə &...

Azərbaycanda qadınların pensiya yaşı 6 ay artırılır - Bu tarixdən

İyulun 1-dən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında" Qa...

Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır

Xəbər verdiyimiz kimi, Azərbaycanda sosial müavinətlər artırılıb.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə "Sosi...

“Quska” ilə bağlı qərar verildi

Keçmiş deputat Hüseyn Abdullayevlə bağlı 9 illik yeni həbs cəzasını nəzərdə tutan hökm qanuni qüvvəyə minib.   Sfera.az bildirir ki, “Qafqazinf...

FHN: Ötən həftə ərzində 869 yanğına çıxış olub, 6 nəfərin meyiti tapılıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...