Rusiya–Ukrayna danışıqları dalana dirənib: "Nəticə gözləməyə dəyməz"

Rusiya–Ukrayna danışıqları dalana dirənib: "Nəticə gözləməyə dəyməz"

Rusiya və Ukrayna arasında İstanbulda keçirilən sülh danışıqlarının ikinci raundu nəticəsiz başa çatıb. Rusiya tərəfi öz təkliflər memorandumunu təqdim etsə də, irəli sürdüyü şərtlər danışıqların irəliləməsinə imkan verməyib.


Əldə edilən məlumata görə, Moskva Ukraynadan dörd vilayətdən – Donetsk, Luqansk, Zaporojye və Xersondan imtina edilməsini, eləcə də yeni prezident seçkisi keçirilməsini tələb edir. Bu isə atəşkəs və sülh perspektivlərini zəiflədən əsas məqam kimi qiymətləndirilir.


Sfera.az xəbər verir ki, məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiyanın bu tələbini nə Ukrayna, nə də Qərb tərəfindən qəbul edilə bilər:


“Rusiya Ukraynadan ərazi iddialarından əl çəkmədikcə, danışıqlardan nəticə gözləməyə dəyməz. Əgər Moskva dörd regionun Rusiya ərazisi kimi tanınmasını istəyirsə, bu, atəşkəsin əldə olunmasına imkan verməyəcək”.

 


Politoloqun fikrincə, Rusiya bu şərtləri növbəti raundlarda da gündəmə gətirəcəyi təqdirdə, Ukrayna danışıqlardan imtina edə bilər:


“Görünür, Rusiya Ukraynanın danışıqları dayandırmasına çalışır. Beləliklə, sülh prosesini süni şəkildə dalana salmaq istəyir”.


Ekspert əlavə edib ki, Moskva bu mövqeyini dəyişməzsə, müharibə davam edəcək və yeni mərhələyə keçəcək:


“Əgər Rusiya Ukraynadan ərazilərdən imtina edilməsini tələb etməyə davam edəcəksə, müharibənin yay aylarında daha da şiddətlənəcəyi qaçılmazdır. Qərb ölkələri Ukraynaya daha ciddi və kəskin hərbi dəstək verəcək”.


M. Əsədullazadənin sözlərinə görə, qarşıdakı dövrdə Rusiyanın Ukraynaya qarşı növbəti raket hücumları ehtimal olunur və bu, bölgədə təhlükəsizlik böhranını daha da dərinləşdirə bilər.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...