Bakıda futbolçu qanunu pozdu, polisi təhqir etdi - FOTO

Bakıda futbolçu qanunu pozdu, polisi təhqir etdi - FOTO

"Neftçi" futbol klubunun keçmiş oyunçusu, hazırda "Səbail" klubunda forma geyinən 1991-ci il təvəllüdlü Elton Yaqublu yanvarın 29-da "Əhmədli" qəsəbəsi ərazisində yol hərəkəti qaydalarını  kobud şəkildə pozub.

Sfera.az modern.az-a istinadən xəbər verir ki, "Yol hərəkəti haqqında" Qanunun tələblərini pozduğuna görə futbolçunun idarə etdiyi avtomobil polis tərəfindən saxlanılıb. Bu zaman Elton Yaqublu özünü "Neftçi" futbol klubunun oyunçusu kimi tədim edib. 

Hadisənın şahidi olan modern.az-ın əməkdaşı futbolçunun DYP əməkdaşına etiraz etdiyini müşahidə edib. Bir neçə dəqiqədən sonra isə həmin futbolçu ona protokol yazan DYP əməkdaşını təhqir edib. 

"Neftçi"nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov modern.az-a açıqlamasında qış mövsümündən etibarən Elton Yaqublu ilə çalışmadıqlarını bildirib. O, öz növbəsində futbolçunun yeni yaradılan "Səbail" futbol klubuna transfer olduğunu açıqlayıb. 

Futbolçu Elton Yaqublu modern.az-a açıqlamasında polis tərəfindən saxlanıldığı faktını təsdiq edib: "Bəli, qayda pozuntusuna yol vermişəm və yol polisi məni saxlayıb. Doğrudur ki, qayda pozuntusu ilə razılaşmamışam. Amma mən heç bir halda polisi təhqir etməmişəm. Qayda pozuntusu ilə bağlı protokol tərtib olunub və buna uyğun da cəriməmi ödəyəcəm. Polislə mənim aramda hər hansı insident yaşanmayıb". 

 


 



OXŞAR XƏBƏRLƏR

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

Tramp sosial şəbəkədə paylaşımları özü edirmiş

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesablarındakı paylaşımları şəxsən özü edir.   Sfera.az xəbər verir ki, Tramp bu barədə "Atlantic...

Azərbaycanda ana ölümü azalıb - STATİSTİKA

Ötən il hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab o...

7 ay əvvəl toyu olmuşdu... - FOTOLAR

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik gizir Rəhim Zeynal oğlu Novruzov ötən gün yaşadığı mənzildə intihar e...

Rəhim Rəhimlinin məzarı başında çəkdirdikləri klip müzakirə yaratdı- VİDEO

Müğənni Elnarə Xəlilova ilə tələbəsi Piri Əliyev mərhum ifaçı Rəhim Rəhimlinin məzarı başında mahnı oxuyub, klip çəkdiriblər.   Sfera.az xəbər v...

İsveçdə atışma: ölənlər var

İsveçin Uppsala şəhərinin mərkəzində baş verən atışmada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə məlumat İsveç polisindən verilib.  ...