Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

İdman
17:17 / 02.06.2025
3574
Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.
Sfera.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov zədə səbəbindən komandanın toplanışına qoşulmayacaq.
Qeyd edək ki, millimiz təlim-məşq toplanışı çərçivəsində iyunun 7-də Riqada yerləşən “Skonto” stadionunda Latviya, iyunun 10-da isə Liv Bona Dea Arenada Macarıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.