DTX Qəbələdə əməliyyat keçirdi - Evlərdə axtarış aparıldı
Cəmiyyət
13:02 / 03.02.2017
792
Dövlət Təhlükəsizlyi Nazirliyi (DTX) və polis Qəbələdə birgə əməliyyat keçirib.
Sfera.az azvision.az-a istinadən xəbər verir ki, DTX-nin Qəbələ rayon şöbəsi və Qəbələ Rayon Polis Şöbəsi əməkdaşları rayonun Bum qəsəbə sakinləri - Gülçöhrə Əliyeva, Mahir Musayev və Əfqan Aslanovun yaşadıqları evlərdə axtarış aparıb.
Axtarış zamanı çoxsaylı dini təyinatlı kitab, CD və DVD, yaddaş kartı, jurnal, qeydiyyat dəftəri, bir ədəd kustar üsulla hazırlanmış tüfəng, 12 ədəd patron və bir ədəd bıçaq aşkar edilərək götürülüb.