Ermənistanda zabit aclıq aksiyası keçirir
13:22 / 03.02.2017
1033
Ermənistanda həbsdə olan hərbçi Tsolak Xaçatryan yanvar ayının 31-dən aclıq aksiyasına başlayıb.
Sfera.az azvision.az-a istinadən xəbər verir ki, məhbus 4 gündür müddətsiz aksiya keçirir.
Məlumata görə, Xaçatryan məhkəmə qərarına etiraz olaraq aclıq elan edib.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin zabiti olan Tsolak Xaçatryan qanunsuz şəkildə xidmətdən yayındığına görə tutulub. Zabit bu ittihami qəbul etmir.