Hikmət Hacıyev: "Minalar kütləvi qırğın silahı funksiyası daşıyır"


Hikmət Hacıyev: "Minalar kütləvi qırğın silahı funksiyası daşıyır"

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan basdırdığı minalarınının “kütləvi qırğın silahı funksiyası daşıdığını” bildirib.

 

Sfera.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb.

 

“Azərbaycanda mina terroru qalmaqdadır”, – o qeyd edib. Hikmət Hacıyevin sözlərinə görə, 2020-ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub.

 

“Bu minalar Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı zamanı qəsdən və hər tərəfdə basdırılıb. Bir çox hallarda minalar hər hansı hərbi zərurət olmadan – yalnız mülki şəxsləri hədəf almaq və məcburi köçkünlərin öz ata-baba torpaqlarına təhlükəsiz qayıdışını qəsdən gecikdirmək üçün qoyulub. Bu xüsusda, minalar kütləvi qırğın silahı funksiyası daşıyır və ciddi təhlükə yaradır”, – o vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...