16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR

16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR

Azərbaycanlı yeniyetmə futbolçu Murad Həmidov Almaniya Bundesliqasının “SV Elversberg” klubu ilə anlaşıb.

 

Bu barədə M.Həmidov “Qafqazinfo”ya özü məlumat verib.

 

16 yaşlı həmyerlimiz deyir ki, futbola kiçik yaşlarından böyük marağı olub:

 

“Almaniyaya gələndə ilk məqsədim Bundesliqada oynamaq idi. Çünki bu səviyyəyə çatmaq mənim üçün həm böyük hədəf, həm də məsuliyyət idi. Buraya 14 yaşımda tək gəlmişəm və cəmi bir il yarıma ən yüksək səviyyəyə – U17 Bundesliqaya çatdım”.

 

Yeniyetmə futbolçu düşünür ki, “SV Elversberg” onun karyerası üçün mühüm rol oynayacaq:

 

“Klubun məni seçməsi çox önəmlidir. Burada daha çox təcrübə qazanmaq öz üzərimdə işləmək və gələcəkdə daha yüksək səviyyələrə çatmaq istəyirəm. Hədəfim U17-Bundesliqaya damğa vurmaqdır. Bu səviyyəyə çatmaq heç də asan olmayıb bəzən hər gün 5-6 saat məşqlərə gedirdim yorulsam da, dayanmırdım. Bilirdim ki, zəhmətimin qarşılığını bir gün mütləq alacağam”.

 

O, çıxdığı yolda özünü dəstəkləyənləri də unutmur. Hədəfi isə ölkəmizi Avropada layiqincə təmsil etməkdir:

 

“Ailəm mənim ən böyük dayağım olub. Onlar həmişə mənə dəstək veriblər. Onlarsız bu yerə gəlmək çox çətin olardı. İstəyirəm ki Azərbaycanı xaricdə ən yaxşı şəkildə təmsil edim. Peşəkar futbolçu olum, Avropanın güclü komandalarında oynayım və bir gün Azərbaycan milli komandasının formasını geyinim. Bunun üçün əlimdən gələni edirəm”.

 

Qeyd edək ki, U17 Bundesliqa Almaniyada bu yaş qrupu üzrə ən yüksək liqadır. Burada yalnız seçilmiş ən güclü 20-30 komanda oynayır.

 



OXŞAR XƏBƏRLƏR

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...

Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb. - Türkiyə baş verənləri yaxndan izləyir və ...

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...