"Duty Free"də Dubay şokoladının satışı 8 milyona çatıb

"Duty Free"də Dubay şokoladının satışı 8 milyona çatıb

Dubayda rüsumsuz ticarət mağazasında (Duty Free) aprel ayında məşhur Dubay şokoladının satışı 7,84 milyon dollar təşkil edib.

 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şəbəkənin saytında məlumat verilib.

 

"Apreldə Dubay şokoladının satışları 7,84 milyon dollara çatıb ki, bu da gündə 274 min dollar deməkdir", - məlumatda qeyd olunub.

 

Ötən ay bütün məhsulların ümumi satış məbləği 195,4 milyon dollar təşkil edib.

 

Apreldə 14,97 milyon dollar xərcləyərək ən fəal alıcılar arasında ikinci yeri tutan rusiyalılar yalnız Hindistan vətəndaşlarından (19,76 milyon dollar) geri qalıblar. Növbəti pillələrdə Səudiyyə Ərəbistanı (14,03 milyon dollar), Çin (10,75 milyon dollar) və Böyük Britaniya (9,92 milyon dollar) vətəndaşları qərarlaşıb.

 

Alıcılar arasında ən çox ətriyyat, spirtli içkilər, tütün, qızıl və qənnadı məmulatları populyar olub.


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...