İstanbul Böyükşəhər Bələdiyyəsində 47 nəfər saxlanıldı

İstanbul Böyükşəhər Bələdiyyəsində 47 nəfər saxlanıldı

Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya istintaqında Cümhuriyyət Xalq Partiyasından (CHP) olan keçmiş millət vəkili Aykut Erdoğdu, Qaziosmanpaşa, Böyükçəkməcə, Avcılar, Ceyhan və Seyhan bələdiyyələrinin sədrlərinin də aralarında olduğu 47 nəfər haqqında saxlanılma qərarı verilib.

 

Sfera.az  xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

 

Məlumata görə, bu, İBB-də korrupsiyaya qarşı beşinci əməliyyatdır.

 

Bildirib ki, bələdiyyə sədri və müavinləri rüşvət almaqda şübhəli bilinirlər. Onlar daşınmaz və nəqliyyat vasitələrini dəyərindən yüksək məbləğdə satın almaqda,

tenderdə saxtakarlıq etməkdə ittiham olunurlar.

İnformasiyaya əsasən, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən həbs edildikdən sonra İBB sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlunun da aralarında olduğu şübhəlilərin "cinayətkar qruplaşmanın rəhbəri olmaq", "cinayətkar qruplaşmaya üzv olmaq", “rüşvət”, “dələduzluq”, “şəxsi məlumatları qanunsuz ələ keçirmək” və “tenderə fəsad qarışdırmaq” cinayətlərindən aparılan korrupsiya istintaqı çərçivəsində CHP-dən olan keçmiş millət vəkili Aykut Ərdoğdunun rüşvətə vasitəçilik etdiyinə dair faktlar müəyyən edilib.


OXŞAR XƏBƏRLƏR

UEFA məşhur klubları milyonlarla avro cərimələdi

UEFA klubları maliyyə feyr-pley qaydalarını pozduğuna görə cərimələyib.   Sfera.az xəbər verir ki, qurumun saytı bu barədə məlumat yayıb. ...

Suriyada meşə yanğınları ciddi ziyan vurdu

Suriyanın qərbində başlayan meşə yanğınları Lataqiya əyalətinə ciddi ziyan vurub.   Sfera.az xəbər verir ki, məlumatı “Syria TV” yayıb. ...

İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşü böyük tarixi hadisədir

4 iyul 2025-ci il tarixində Azərbaycanın tarixi şəhəri olan Xankəndi beynəlxalq əhəmiyyətli tədbirə — İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə g...

Aşurada kimlər qan verə bilməz?

Bu gün Azərbaycanda Məhərrəm ayının ən önəmli günlərindən biri, Aşura günü qeyd olunur.   Hicri təqvimə əsasən, Aşura İmam Hüseynin və Kərbəla şəhid...

Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərba...

Ölkədəki psixi xəstələrin sayı AÇIQLANDI

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə psixi və davranış pozuntuları olan xəstələrin (psixoaktiv maddələrin qəbulu ilə bağlı pozuntular istisna...