COVID-19 əleyhinə yeni vaksin təsdiqləndi

COVID-19 əleyhinə yeni vaksin təsdiqləndi

ABŞ-nin Qida və Dərman Vasitələrinə Nəzarəti İdarəsi (FDA) “Moderna” biotexnologiya şirkətinin COVID-19 əleyhinə yeni vaksinini istifadə üçün təsdiqləyib.

 

Sfera.az xəbər verir ki, bu barədə “Reuters” şirkətin məlumatına istinadən bildirib.

 

"Moderna, Inc.” şirkəti bu gün FDA-nın COVID-19 əleyhinə yeni “mNEXSPIKE” (mRNK-1283) vaksininin təsdiqləndiyini elan edib. Vaksin 65 yaş və daha yuxarı yaş kateqoriyasından olan böyüklərin istifadəsi üçün nəzərdə tutulub", - məlumatda qeyd olunub.

 

Vaksini həmçinin ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika mərkəzləri (CDC) tərəfindən müəyyən edilmiş ən azı bir və ya bir neçə əsas risk faktoruna malik olan 12-64 yaş arası şəxslər də istifadə edə bilərlər.


OXŞAR XƏBƏRLƏR