Binəqədidə 54 yaşlı kişi özünü asdı
Hadisə
10:38 / 03.02.2017
1540
Bakıda intihar hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Xocəsən qəsəbəsinin Çiçək yaşayış massivində qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Elqar Allahverdi oğlu Hümbətov yaşadığı evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.