Azərbaycanda sürücülərlə bağlı MÜHÜM QƏRAR

Azərbaycanda sürücülərlə bağlı MÜHÜM QƏRAR
Azərbaycanda sərnişin avtobuslarını idarə etmək hüququ qazanmaq üçün yaş hədləri ilə bağlı tələb qüvvəyə minib.

Sfera.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Əsasnaməyə əsasən, Azərbaycan Respublikasının ərazisindəki yollarda "DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququ 26 yaşdan hesablanıb.

Əsasnaməyə edilən dəyişikliyə əsasən, yaş həddi çərçivəsi 26 yaşdan 65 yaşadək müəyyənləşdirilib.

Xatırladaq ki, "DE” qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan "D” kateqoriyasından olan avtomobillərdir.

Müvafiq tələb "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 30 sentyabr tarixli qanunda əksini tapıb.

"Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”yə edilən dəyişiklikdə bu tələbin tətbiqinə başlanacaq.

mənbə: APA

OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...