Aİ-92 markalı benzinin qiyməti ilə bağlı MÜHÜM XƏBƏR

Aİ-92 markalı benzinin qiyməti ilə bağlı MÜHÜM XƏBƏR

Azərbaycana benzin idxalının artmasının səbəbi məlum olub. Məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub. Maliyyə naziri Sahil Babayev bildirib ki, idxalın artmasına Neft Emalı Zavodunun ötən il keçirilən beynəlxalq tədbirlərlə əlaqədar təxminən iki ay müddətinə fəaliyyətini dayandırması səbəb olub. Nazir qeyd edib ki, məhz bu dövrdə daxili tələbatı qarşılamaq məqsədilə Aİ-92 markalı benzin idxal edilib.

 

Onun sözlərinə görə, məsələ ilə bağlı daha dəqiq məlumatı SOCAR təqdim edə bilər.
 

Maraqlıdır, ölkəyə benzin idxalının artması qiymətlərə təsir edə bilərmi?

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı news24.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, benzin qiymətləri böyük ehtimalla inflyasiya dərəcəsinə uyğun şəkildə müəyyənləşdiriləcək:

 

"Azərbaycanda inflyasiyanın əvvəlki proqnozlardan daha yüksək olacağı gözlənilir. Hökumətin və Mərkəzi Bankın rəsmi proqnozlarında da müəyyən fərqlər mövcuddur. Lakin real vəziyyətə gəldikdə, bəzi göstəricilər nəzərəçarpacaq dərəcədə fərqli mənzərə ortaya qoyur. Bizdə əsas problem ondan ibarətdir ki, inflyasiyanın hesablanma mexanizmində yeni metodoloji yanaşmalara ehtiyac var”.


Natiq Cəfərli vurğulayıb ki, hazırda Azərbaycanda inflyasiya səviyyəsi mal və xidmətlərin geniş siyahısı əsasında hesablanır. Bu siyahıda yüzlərlə məhsul və xidmət əhatə olunur. Lakin insanların gündəlik həyatına birbaşa təsir edən məhsullar – əsasən də ərzaq, kommunal xidmətlər və yanacaq bu hesablama sistemində real çəkisini tam əks etdirmir:

“Əsas diqqət gündəlik tələbat mallarına yönəlməlidir. Çünki vətəndaşlar məhz bu məhsulların qiymətindəki artımı daha çox hiss edirlər. Təəssüf ki, bu artımlar ümumi inflyasiya göstəricilərində kifayət qədər nəzərə çarpmır. Nəticədə inflyasiyanın rəsmi rəqəmləri real vəziyyətdən aşağı göstərilə bilər”.


OXŞAR XƏBƏRLƏR

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...

Xankəndidə yaşanan tarixi gün CNN TÜRKDƏ Tural Müseyibovla

“CNN Türk” kanalında Xankəndidə keçirilən İƏT-in 17-ci zirvə toplantısı müzakirə edilib.    Sfera.az xəbər verir ki, Türkiyənin &ldq...