“Azdrama”nın aktyorları məhkəməlik olub


“Azdrama”nın aktyorları məhkəməlik olub

Xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Əli Nur Əməkdar artist Füzuli Hüseynovdan şikayətçi olub. 

 

Sfera.az Musavat.com-a istinadən xəbər verir ki, aktyor bu barədə sosial media hesabında məlumat yayıb.

 

Şikayətə teatrda baş verən mübahisə səbəb olub:

 

“Füzuli Hüseynov mənə qarşı aqressiv davranış sərgilədi və xoşagəlməz insidentin baş verməsinə səbəb oldu. Hadisə baş verən andan dərhal sonra məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, prokurorluğa rəsmi şəkildə müraciət etdim. Hazırda Fizuli Hüseynovun törətdiyi cinayət işi ilə bağlı prokurorluqda istintaq gedir.

 

Teatrımızın nüfuzuna xələl gəlməməsi üçün hadisəni ictimaiyyətə açıqlamadım və mətbuatda inkar etməyə üstünlük verdim. Düşünürdüm ki, teatr rəhbərliyi məsələni obyektiv qiymətləndirəcək və müvafiq intizam tədbirləri görüləcək. Təəssüf ki, gözləntilərim doğrulmadı. Hadisə nəinki araşdırılmadı, əksinə, üstü ört-basdır edildi. Füzuli Hüseynova nə şiddətli töhmət verildi, nə işdən azad olundu, nə də Bədii Şuranın üzvlüyündən uzaqlaşdırıldı. O, sanki heç nə olmamış kimi fəaliyyətini davam etdirir”.

 

Xalq artisti bildirib ki, ailə üzvləri bu məsələdən narahatdırlar:

 

“Onlar teatr rəhbərliyindən Füzuli Hüseynovun cəzalandırılmasını və ədalətin bərpa olunmasını gözləyirlər. Əminəm ki, Füzuli Hüseynov törətdiyi əmələ görə qanun qarşısında layiqli cəzasını alacaq”.

 


OXŞAR XƏBƏRLƏR

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...