Əli Həsənovun arvadına məxsus bağçada şiddət - VİDEO

Əli Həsənovun arvadına məxsus bağçada şiddət - VİDEO

"Lənkəran Kaspi Kids" bağçasında müəllimin uşağa şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb.

 

Sfera.az xəbər verir ki, paylaşımda müəllimin uşağın başına vurduğu, nəticədə isə qanadığı qeyd olunub.

 

"Hadisə "Lənkəran Kaspi Kids" uşaq bağçasında baş verib. Müəllim uşağın başına necə vurursa, başından qan gəlir. Nə qədər vəzifəsini sevməyən, uşaq sevməyən insanlar varsa, gedib işləyirlər. Hansı valideyn bu görüntüyə dözər?" - paylaşımda qeyd olunub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hazırda məsələ ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır. Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizadan keçirilməsi təmin edilib.

 

Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək.

 

Qeyd edək ki, sözügedən bağça Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevaya məxsusdur.

 

***

 

"Lənkəran Kaspi Kids" bağçasında uşağa şiddət göstərən müəllimə işdən azad edilib.

 

Bu barədə "Kaspi" Təhsil Şirkətindən məlumat verilib.

 

Qeyd olunub ki, baş verən hadisə ilə bağlı araşdırma aparılıb:

 

"Kaspi Kids" Lənkəran nümayəndəliyi məktəbəqədər hazırlıq xidməti təqdim edən müəssisədir. Həmin müəssisə "Hirkan Hazırlıq Kursu" MMC tərəfindən idarə olunur. Həmin MMC "Kaspi Kids" brendi adından istifadə üçün françayzinq müqaviləsinə əsasən rəsmi icazə ilə fəaliyyət göstərirdi.

 

Bu kimi hallar təhsil müəssisəsinin prinsiplərinə və dəyərlərinə tamamilə ziddir. Bu səbəblə baş verən hadisə dərhal araşdırılıb, müvafiq əməkdaş işdən azad edilib. Eyni zamanda, "Kaspi Kids" brendin təhsil keyfiyyəti prinsiplərinə uyğun fəaliyyət göstərmədiyi üçün "Hirkan Hazırlıq Kursu" MMC-nin françayzinq müqaviləsinə xitam verilib.

 

Qeyd edək ki, bu xoşagəlməz hadisədən dərin təəssüf hissi keçiririk. Gələcəkdə bu kimi halların baş verməməsi üçün nəzarət mexanizmləri daha da gücləndiriləcək, bütün zəruri tədbirlər görüləcək".




OXŞAR XƏBƏRLƏR

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...