Rusiya və Ukrayna iyulda sülh bağlayacaq? - AÇIQLAMA

Rusiya və Ukrayna iyulda sülh bağlayacaq? - AÇIQLAMA

Rusiya Ukraynaya iyunun 2-də görüşün keçirilməsini təklif edib. Belə bir fikir var ki, Rusiya iyulda atəşkəsə gedəcək. 

 

Bu ehtimal nə dərəcədə realdır? İndiki vəziyyətdə atəşkəs Rusiya üçün əlverişlidirmi?

 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov Rusiyanın Ukraynaya İstanbulda növbəti görüşün keçirilməsi ilə bağlı çağırış etdiyini bildirib. 

 

Onun sözlərinə görə, lakin Ukraynanın bu təklifi qəbul edib-etmədiyi barədə hələlik rəsmi açıqlama yoxdur: “Məsələ ondadır ki, tərəflər arasında görüşün detalları ilə bağlı fikir ayrılığı mövcuddur. Belə ki, Rusiya tərəfi görüş zamanı hazırladığı memorandumu təqdim edərək, onun ətrafında müzakirələrin aparılmasını təklif edir. Ukrayna isə həmin sənədin görüşdən bir neçə gün əvvəl təqdim olunmasını tələb edir. Kiyev görüşə hazırlıqlı şəkildə qatılmağı üstün tutur. Bu səbəbdən Ukrayna tərəfi Rusiyanın təklifini dərhal cavablandırmağa tələsmir”.

 

Politoloq qeyd edib ki, bununla belə, ekspertlər Ukraynanın yekunda bu təklifi qəbul edib növbəti görüşə qatılacağı qənaətindədirlər:

 

“Hər iki tərəfin görüş ehtimalı üzərində düşünməsi müsbət hal kimi qiymətləndirilir və bu prosesin nəticə verəcəyinə dair ümidlər yaradır. Lakin digər tərəfdən, Rusiyanın sərhədə 50 minlik hərbi qüvvə toplayaraq yay kampaniyasına hazırlaşması ilə bağlı yayılan xəbərlər danışıqlardan gözlənilən müsbət nəticələrə dair şübhələri artırır”.

 

Ə.İbrahimov hazırda ABŞ və Ukrayna tərəfinin Rusiyadan ilk növbədə atəşkəsə razılaşmağı tələb etdiyini qeyd edib. 

 

Müsahibimizin fikrincə, ABŞ-də xüsusilə Tramp və onun komandası hesab edir ki, atəşkəs əldə olunduqdan sonra digər məsələlərin də müzakirəsinə başlamaq mümkün olacaq:

 

“Rusiya isə danışıqların növbəti mərhələlərində onu nələrin gözlədiyini bilmədən atəşkəsə razılıq vermək istəmir. Bu səbəbdən Rusiyanın atəşkəslə maraqlandığını dəqiq söyləmək çətindir”.

 

 

Fidan Hacızadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...