Avropanın ən pis transferləri açıqlandı –SİYAHI

Avropanın ən pis transferləri açıqlandı –SİYAHI

"Goal" idman portalı Avropada 2024/25 mövsümünün ən böyük məyusluq doğuran transferlərini açıqlayıb.

 

Sfera.az xəbər verir ki, siyahıda gözləntiləri doğrultmayan 20 transfer yer alıb.

 

Birinci yeri Joao Feliksin “Atletiko”dan “Çelsi”yə 46 milyon funt-sterlinqə keçidi tutub.

 

TOP-10 belədir:
 

1. Joao Feliks – “Atletiko”dan “Çelsi”yə, 46 milyon funt

 

2. Rahim Sterlinq – “Çelsi”dən “Arsenal”a, icarə
 

3. Joao Palinya – “Fulhem”dən “Bavariya”ya, 47 milyon funt
 

4. Yussufa Moukoko – “Borussiya Dortmund”dan “Nitsa”ya, icarə
 

5. Joao Feliks – “Çelsi”dən “Milan”a, icarə
 

6. Federiko Kyeza – “Yuventus”dan “Liverpul”a, 12,5 milyon funt

 

7. Endrik – “Palmeyras”dan “Real Madrid”ə, 50 milyon funt
 

8. Eliee Vai – “Marsel”dən “Ayntraxt”a, 24 milyon funt
 

9. Eliee Vai – “Lans”dan “Marsel”ə, 25 milyon funt
 

10. Coşua Zirkze – “Bolonya”dan “Mançester Yunayted”ə, 36,5 milyon funt
 

Bu transferlər ya yüksək məbləğə başa gəlib, ya da futbolçuların performansı klubların və azarkeşlərin gözləntilərini qarşılamayıb. Joao Feliksin iki fərqli klubla siyahının həm 1-ci, həm də 5-ci pilləsində yer alması xüsusilə diqqət çəkir.


OXŞAR XƏBƏRLƏR